image-17backend

Azərbaycanda polis əməkdaşlarına buster doza vurulur

image-reklam_sirab_01

“Azərbaycanda polis əməkdaşlarına buster doza vurulur”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, ötən ilin fevral ayından COVID-19 virusuna qarşı polislərin vaksinləşməsi aparılır: İlkin olaraq Bakı şəhərində xidmət edən polis əməkdaşları üçün DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarda vaksinasiya prosesi başlayıb. Sonra isə DİN rəhbərliyinin göstərişinə uyğun olaraq, rayon polis idarə və şöbələrində, bundan əlavə, həm Daxili Qoşunların Bakı şəhərindəki, həm də regionlarda olan hərbi hissələrdə İdarənin tibbi briqadaları peyvəndlənməni həyata keçiriblər”.

“Hazırda da birinci, ikinci və üçüncü – buster doza vurulur”, – DİN-dən bildirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki