image-afbfc63e-5f2c-4110-8b93-7f0bfd50ad99backend

Azərbaycanda qanunsuz məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib

image-reklam_sirab_01

Ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib.

17 avqust tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı video süjet yayımlanıb.

Tədbirdə çıxış edənlər “Avrasiya Miqrasiya Təşəbbüsləri  Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti  Umud Mirzəyev,  Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və digər QHT nümayəndələri ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı baş verən hadisəni pisləyərək bildiriblər ki, bütün bunlar Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurmaqdır. Bu proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciəti səsləndirilib.

image-863325ab-3712-4700-925a-106f8668d358 image-a7cd3ebc-9f00-4669-a019-7f75b8de8edc image-afbfc63e-5f2c-4110-8b93-7f0bfd50ad99

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki