image-374516381_10159067357147691_6005834071664752278_nbackend

Babək Hürrəminin cəsur oğlu-Atur Ödər

image-reklam_sirab_01

Bu günə qədər alimlərin Azərbaycanda xürrəmilər hərakatı və onların hökmranı olan Babək barədə istinadlar ərəb mənbələrinə və iran müəlliflərinə istinad etməsi Azərbaycan ərazisində mövcud olmuş Hürrəmiyyə dövləti barədə yanlış fikirlərin mövcud olmasına şərait yaradıb. Bu barədə kifayət qədər yazmışam. Bu yazımda böyük imperator Babəkin ilk övladı-Atur Ödər barədə yanlışıqlara son vermək niyyətindəyəm.

Atur Ödər Babəkin ilk həyat yoldaşı Banu xatundan olan oğludur. “Babək” filimində onun adını Buğaday yazsalar da bu yanlışdır. “Atur” adını tələffüz edərək Günəş və atəşi nəzərdə tuturdular hürrəmilər. Bəzi mənbələr yazır ki, əslində bu ad ADƏR-AZƏR kimi də tələffüz edilir. Rus alimi İ. Dyakonovun fikrincə, elam dilində Atur sözü uca, yüksək yer mənasını verirdi. Bir qism tədqiqatçıların fikrincə, “atr” sözü qədim türk termini olan, yüksəklik, təpəlik yer bildirən “Adur” sözündən yaranmışdır. Qeyd edim ki, Banu xatunun baş kahin olduğu üçün onunla birgə rituallara maqlar nəzarət edirdilər. Baş Kahin eyni zamanda Baş maq aturpat və ya aturpatak (hərfən: “atəş mühafizəçisi”) adlanırdı.
Mənbələrdən sızan məlumatlara görə, Babək çoxarvadlı bir insan olub. Afşin Bəzz qalasını işğal edən gün Babəkin 17 oğlu, 23 qız övladı olub. Babək qalanı tərk edib gedən zaman iki oğlu onunla birlikdə Səhl ibn Sunbatın yanına gedib. Babəkin övladlarının sonrakı taleyi ilə bağlı mənbələrdəki məlumatlarsa bunu söyləyir ki, onların arasında yaşı kiçik olanlar və Babəkin qızları da varmış. Təbəri yazır ki, “Samirəyə gətirilmiş əsirlərin içərisində yeddi kiçik yaşlı oğlan və üç qız uşağı var idi. Bunlar əsir gətirilmiş qadınların (Babəkdən olan) uşaqları idi”.
Lakin ilk övladı və varisi Banudan olan Atur idi.
Mənbələrin yazdığına görə Atur Ödər hündür boylu idi. O, Babəkə çox oxşayırdı, iri qəhvəyi gözlər var idi.

Babəkin 19 yaşında olanda ailə qurduğu ilk qadın Hürrəmilər hərəkatının ilk liderlərindən biri olan Cavidanın xanımı olan 23 yaşlı Banu idi. Banu hürrəmilərin dini inancları və rituallarını icrasına nəzarət edən şəxs idi və onun bizim müasir dillə desək baş kahin olması və ona inanan şəxslərin Cavidandan çox olmasına şərait yaratmış idi. Cavidan bu hərakata başçılıq edən zaman mütləq şəkildə baş kahin Banu ilə izdivacda olmağa məcbur idi. Babəkin 20 il apardığı savaşda Banu onunla bərabər hürrəmilərə başçılıq edirdi. Mənbələr yazır ki, onun sözü Babək qədər keçərli idi. Hürrəmi dövlətinin xarici siyasətini və daxili siyasətini, dini inancların icrasına məhz Banu xatun Hürrəmi nəzarət edirdi. Buna görə də Babəkdən sonra varis olacaq şəxs onların nigahından doğulan Atur Ödər olmalı idi. Buna görə də Atur Ödər xüsusi diqqət və qayğı altında böyüyürdü. Onun üzərində iki missiya dururdu. Anasından sonra baş kahin olmaq, Atasından sonra Hürrəmiyə dövlətinə başçılıq etmək.
Atur Ödər uşaq yaşlarından hərb sənəti ilə yanaşı dini ritualları da öyrənirdi. Qaynaqlar yazır ki, kahinlər Atur Ödəri Banu xatunun varisi kimi qəbul edib, gələcəkdə baş kahin olması üçün xüsusi ayin icra edirlər. Ona ağ paltar geyindirib vəfa mərasimində atəşgahda ona qırmızı qotazlı ağ yun kəmər-kasti bağlayırlar. Burda and içmə mərasimində Atur Ödər onun üzərində duran məsuliyyəti dərk edəcəyini qəbul etdiyini və kahinlərlə birgə ədatəli qərarlar qəbul edəcəyinə Tanrı və Od qarşısında söz verdi.
Atur Ödərin həyatı haqqında məlumatlar çox azdır. Lakin qaynaqlar onun Hürrəmiyyə dövlətinin ordusunda komandir olmasını yazır. Atası ilə birlikdə bir neçə döyüşdə iştirak edib. Həmədan savaşında ərəb komandanı Afşinə əsir düşür.

Bu barədə yazan tədqiqatçılar ərəb tarixçisi ibn Əl-Əsirə istinad edirlər. Ondan başqa bu barədə ərəb müəllifləri heç nə yazmayıb. Çünki belə hadisə olmayıb, bu sadəcə ibn Əl-Əsirin uydurması idi. İbn əl-Əsirə istinad edənlər də Babəki aşağılamaq üçün onun guya oğluna “fahişə oğlu” deməsini yazırlar. Guya Babəkin oğlu atasının cavab məktubundan sonra intihar edib. Bütün bunlar ərəb tarixçillərinin Babək və Hürrəmiyyə dövlətinə qarşı böhtanından başqa deyil. Əsl həqiqət isə Vatikan və Avropa qaynaqlarında belə yazılır. Olduğu kimi təqdim edirəm:
-“Atur,” Afşin sakitcə dedi, “məni dinlə!” Get atanın yanına, səni azad edəcəm. Atanıza deyin ki, xəlifə Mötəsim şərtlər qoyub. İnadkar olmasın, razılaşar. Bu hamımız üçün yaxşı olacaq.
-“Böyük sərkərdə” deyə Atur qətiyyətlə cavab verdi. “Məni girov saxladığınızı bilirəm.” Amma bunun əvəzinə mənə bir ordu versən yaxşı olar, gedib kimisə məhv edəcəm. Atamdan başqa.

Mən ona qarşı çıxa bilmərəm.
Təbrizli Məhəmməd ibn Ravaz:
– Mən Babəki məhv edəcəm! Atur, sən hələ uşaqsan. Dünən yumurtadan çıxdı, kimi qıra bilərsən? Kafir, Kəfnr oğlu!

Atur buna dözmədi və bəbir çevikliyi ilə Məhəmmədin sinəsinə tərəf qaçdı. Əlbəyaxa döyüşürdülər. Atur qolunu burularaq qılıncını götürdü. Məhəmməd belə bir dönüş gözləmirdi. Aturunu boğmaq istəyərək boğazından tutdu. Bu dəfə Atur onu büdrəyərək xaini yerə yıxdı. Məhəmməd Aturun sinəsinə təpik vurmağı bacardı. Atur yırğalandı, amma yerində dayandı və bıçağı ilə onu kəsdi.
– Öl! Bu, bir xainin sonu olmalıdır! Məhəmmədin başı çiyinlərindən uçdu.
Afşinin sərxoşluğu anında yox oldu və o, pələng kimi hoppanaraq qılıncını çəkdi:
– Bunlar nə cür şeylərdir, at silahını, bala!
“Yaxın gəlsən, başını uçuraram!” — Atur kürəyini çadırı dəstəkləyən sütuna söykədi. – Yaxşı, gəl!

Afşin bütün gücünü qılınc tutan ələ verib vəhşicəsinə uğultu atdı və elə vurdu ki, Aturın bıçağını qırsın. Amma Atur geri çəkilmədi və cəsarətlə döyüşə girdi.
– dedim, sənin başını uçuracağam!
-Məni qorxudursan, bala? Mən sənin Məhəmməd deyiləm. Alın.—Afşin Afşin idi. Döyüşlərdə onun əlləri polad gücünə sahib idi. Atur gənc və təcrübəsiz idi. Afşinin zərbələri təhlükəli idi. Atur onu məğlub edə bilməyəcəyinə əmin oldu və bıçağı sinəsinə soxdu. Aturın sinəsindən qan sıçradı. Dizləri büküldü və arxaya yıxıldı.

Polad cingiltisini eşidən mühafizəçilər qışqıra-qışqıra çadıra tərəf qaçdılar və nəfəsləri kəsilərək içəri toplaşdılar. Mühafizəçilər çaşqınlıq içində donub qaldılar. Pıçıldayaraq dualar oxuyub qırıq-qırıq qırıqlar arasında uzanmış Məhəmmədin başsız bədənindən ölümcül yaradan inləyən Atura, bığlarını dişləyən Afşinə baxıb heç nə soruşmağa cürət etmirdilər.
Afşinin üzü titrəyirdi. O, əlində qılınc, dəli kimi ətrafı ayaqlayıb, ara-sıra ölməkdə olan Atura təəssüflə baxırdı.

“Qartal qartal yuvasından uçur” deyə tövbə edərək təkrarladı. “Belə bir cəsur insan yaşamalı və yaşamalı idi.” O, atasının layiqli oğlu oldu!
Mənbələr yazır ki, Babək əsir düşəndə ondan Afşin soruşur ki, son arzun nədir. O da cavabında deyir ki, mən öz şəhərimi və oğlumun məzarını görmək istəyirəm.
Son sözü isə şəhərinə və oğlunun məzarına belə olur:
“Əsən qalın!”

Bu qaynaq bir daha sübut edir ki, Babəkin oğlu nə Afşinə boyun əyib, nə onun əmri ilə atasına məktub yazıb nə də atasının cavabını eşidib intihar edib. Bütün bu yalanlar ərəb ibn Əl-Əsirdən qaynaqlanır. Babək əsla baş kahindən olan oğluna təhqir edici söz deyə bilməzdi. Hətta ona xəlifə Möhtəsimin aman məktubunu gətirən iki hürrəmi əsgəri ona oğlunun öldürülməsini deyir. Ona görə də o aman məktubun qəbul etmir. Necə ola bilərdi ki, oğlunun ölümünü eşidən Ata onu söyə bilərdi?

Bu ərəb və fars qaynaqlarının həzm etmədiyi böyük İmperator Babək haqqında yalanlardan başqa bir şey deyildi. Babək oğlu Atur da atası kimi cəsur sərkərdə olub. Onun haqqında yalanlara isə son vermək lazımdır daha.
Babək ərəblərə məğlub olandan sonra sərkərdə Afşinin ələ keçirdiyi onun ailə üzvləri arasında xanımı və baş kahin Banu da var idi. Xəlifə Möhtəsimin əfvinə düşən Banu bir müddət Afşinin hərəmxanasında qalmalı olur. Banunun 838-ci ildə ölməsi barədə məlumatlar da var.

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki