image-reklam-veteninfo
image-2backend

Türkiyənin Laodikeya antik şəhərində 2 min illik  bina tapıldı

image-reklam-veteninfo

Türkiyənin cənub-qərbində yerləşən və UNESCO-nun müvəqqəti irs siyahısına daxil edilmiş Laodikeya antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı 2 min il əvvələ aid olduğu düşünülən qədim məclis binası üzə çıxarılıb. Qazıntı rəhbərləri bu binanın şəhərin inzibati mərkəzi olduğunu ehtimal edirlər.

Vətəninfo.az xəbər verir ki, 2025-ci il qazıntı mövsümündə əldə olunan bu kəşf eramızdan əvvəl 5500-cü ilə qədər gedib çıxan və hazırda Türkiyənin Dənizli vilayətinin ərazisində yerləşən qədim şəhərdə 22 ildir davam edən arxeoloji və bərpa işlərinin mühüm mərhələsi kimi dəyərləndirilir.

Qazıntılar nəticəsində ortaya çıxarılan bu antik bina Anadolu tarixində daha əvvəl nümunəsinə rast gəlinməyən beşbucaqlı xarici divarlar və altıbucaqlı planla inşa olunub. Bina eramızdan əvvəl I əsrin sonlarında tikilib və eramızın VII əsrinə qədər istifadə olunub.

Məclis binasının 600–800 nəfərlik tutuma malik olduğu bildirilir. Oturacaqlara həkk edilmiş adlardan görünür ki, burada ağsaqqallar, gənclər və şəhər vətəndaşları ayrılıqda təmsil olunublar. Həmçinin baş hakimə aid olduğu ehtimal edilən oturaq vəziyyətdə bir heykəl tapılıb. Heykəlin baş hissəsinin sonradan əlavə olunması, zamanla liderlərin dəyişməsinə işarə kimi qiymətləndirilir.

Bina ətrafında yerləşən siyasi aqora, arxiv salonları, geniş hamam kompleksi və bölgənin ən böyük stadionu da Laodikeyanın Roma dövründə mühüm inzibati mərkəz funksiyası daşıdığını təsdiqləyir.

Xatırladaq ki, daha əvvəlki qazıntılarda burada təqribən 3 metr hündürlüyündə məşhur Roma imperatoru Trayanın heykəli, Trayan çeşməsi, bir kahinin baş heykəli, Homerin “Odisseya” epik poemasındakı aid heykəllər qrupu, eləcə də traverten bloklar üzərində zəngin fresklər tapılmışdı.

image-1 image-2 image-3

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki