image-3backend

Bakı və Moskva xarici siyasi koordinasiyanı gücləndirir

image-reklam_sirab_01

Bakı və Moskva həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda xarici siyasi koordinasiyanı daha da gücləndirməyi hədəfləyib.

Vətəninfo.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə müzakirə olunub.

Ətraflı söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Moskva və Bakının həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda sıx xarici siyasi koordinasiyanı davam etdirməyə hazır olduğu təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki