image-63182a6c199dd63182a6c199de166252810863182a6c199d863182a6c199dbbackend

Bakıda dəhşət: 13 yaşlı qız ana olub

image-reklam_sirab_01

Bakıda 13 yaşlı qız ana olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib:

“Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır,13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir”.

Mərkəz rəhbəri onu da qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki