image-2878245b-f699-34aa-ace7-aefac7206911_850backend

Bakıda partlayış: ailəsinin imtina etdiyi şəxs qumbaranı işə SALDI

image-reklam_sirab_01

Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq keçmiş həyat yoldaşı ilə görüş tələb edib.

Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

İ.Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki