image-62df975fbca7862df975fbca79165882044762df975fbca7662df975fbca77backend

Bakıda tanınmış kriminal avtoritet niyə öldürdüldü? – DƏHŞƏTLİ FAKTLAR – ÖZƏL

image-reklam_sirab_01

Bakıda kriminal aləmin üzvünü öldürməkdə təqsirləndirilən Taryel Qurbanovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Veteninfo.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəməyədək icraat mərhələsində tam və obyektiv ifadə verdiyini, əlavə ifadə vermək istəmədiyini məhkəmənin nəzər diqqətinə çatdırıb.

Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib.

Qeyd olunanlara əsasən Taryel Qurbanovun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunub. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərib ki, 2001-ci ildə ailə həyatı qurub, iki uşağı var. Yaşadığı evin həyətində bacısı Pərvanənin də evi olub. Bacısı övladları ilə birlikdə həmin həyətdə öz evində yaşayırlar. Digər bacısı Təranə isə öz ailəsi ilə birlikdə Suraxanı rayonunun Binə qəsəbəsində yaşayır. Təranə 1994-cü ildə mərhum Allahverdi Mirzəyevlə ailə həyatı qurub, dörd övladları var. Bacısının iki qızı ərdə, oğlu İlkin evlidir, sonbeşik qızı isə valideynləri ilə yaşayır.

Allahverdi bacısı Təranəni demək olar ki, hər gün döymüş, təhqir edirmi. Hadisədən iki ay əvvəl isə Allahverdi hətta öz oğlu İlkini döydüyündən bacısı Təranə də qorxaraq ataları Almazın yaşadığı evə gəlib. Bundan başqa, Allahverdinin saxladığı Səma (şərti) adında bir qadın olub. Allahverdi Təranənin qızıllarını əlindən zorla alaraq həmin qadına verib. Mərhum həmin qadın üçün ev tikdirib, Səbinəyə mahnı bəstələtdirib, həmin mahnını da gətirib Təranəyə göstərib. Allahverdi əvvəllər məhkum edilib və bir sözlə bacısı Təranə onun əlindən çox əzab çəkirmiş. O, bir qardaş kimi bunu özünə sığışdıra bilməyib, səbir kasası dolub.

Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında bildirib ki, 10 dekabr 2021-ci il tarixdə Allahverdi yenə evə gələrək Təranənin boynundakı qızıl boyunbağını istəyib: “Boyunbağını vermək istəmədiyi üçün Allahverdi Təranənin alnına yumruq zərbəsi vurararaq ondan alıb. Bundan sonra Təranə ağlayaraq vatsapla anam Gülşənə görüntülü zəng edərək olanları danışıb. Həmin vaxt yaşadığım evdə olduğum üçün Təranə ilə anamın danışığını eşitdim.

Darvazının kandarında gözüm Təranənin alnında olan şişə sataşdı və həmin şişin Allahverdinin ona vurduğu zərbənin yerinin olub-olmamasını soruşdum. Bacım isə hər olan şeyə fikir verməməyi, boş şey olduğunu dedi. Bacımı o halda görüb, daha da qəhərlənərək Təranəyə bir gün Allahverdini vurub öldürəcəyimi söylədim. O, isə dediklərimi ciddiyə almayaraq “boş şeydir, sağalar” deyib məni yola saldı. Amma Allahverdiyə qarşı ürəyimdə kin qalmışdı”.

Daha sonra Taryel Qurbanov tədqiq olunan ifadəsinin davamında söyləyib ki, mərhum bibisi Yasəmənin mərhum əri Rafiqdən ona qoşalülə ov tüfəngi yadigar qalıb və o, həmin tüfəngi həmişə bacısı Pərvanənin yaşadığı evin zirzəmisində saxlayıb: “Lakin Pərvanənin və ya onun ailə üzvlərinin evin zirzəmisində tüfəng olmasından xəbərləri olmayıb. Ümumiyyətlə heç kim məndə tüfəng olduğunu bilmirdi. 10 dekabr 2021-ci il tarixdə saat 19 radələrində tüfəngi zirzəmidən götürdüm, iki yerə qatlayıb gödəkcəmin altına qoyaraq yenidən Təranənin evinə getdim. Getməzdən əvvəl 1-2 dəfə İlkinə zəng edib atasının evdə olub-olmadığını, nə vaxt gələcəyini soruşdum. İlkin isə atasının evdə olmadığını, nə vaxt gələcəyindən xəbərsiz olduğunu dedi. İlkinə başqa heç bir söz demədim, evdən çıxmazdan əvvəl isə tüfəngə yerləşdirmək üçün iki ədəd patron götürdüm. Təranənin evi ilə mənin evimin arasında 500-600 metr məsafə var. Hava qaranlıqlaşmış və Allahverdigilin küçəsində heç kim olmayan bir vaxtda tüfəngi küçədə gödəkcəsinin altından çıxardım. Silahı Allahverdigilin darvazasının qabağında dayanıb ona məxsus “İkarus” markalı avtobusun altında gizlətdim.

Bacımgilin həyətinə daxil oldum, lakin həmin vaxt Allahverdinin evə gəlmədiyini öyrəndim. Təranə özü, azyaşlı qızı Fatimə, qayınanası Yaşa, İlkin və onun arvadı Nəzrin evdə idi. Lakin Nəzrin sonradan uşağının yanına getdi. Oturub onlarla hal-əhval tutub söhbət etdik. Lakin nə məqsədlə gəldiyimi və ya tüfəngi özümlə gətirməyim barədə evdəkilərə heç bir söz demədim.
Darvazanın qapısının, həmişə olduğu kimi, açıq qaldığını bilərək sakit tərzdə, başımı əyərək həyətdə yerləşən “əl damı” deyilən yerə girib orada Allahverdinin gəlməsini gözlədim. Təxminən 5 dəqiqə sonra Allahverdi həyətə girdi. O, darvazadan həyətə girən kimi gizləndiyim yerdən əlimdə tüfənglə çıxaraq Allahverdi ilə üz-üzə dayandım. Həmin vaxt aramızda təxminən 3 metr məsafə vardı.

Allahverdi məni görən kimi “nə axtarırsan burda?” dedi. “Səni axtarıram, Təranəyə deyirdin ki, sənin qardaşlarının bazarda dəstəsi on qəpikdi. Kişi axtarırdın, çıxdım qabağına, vurdum” söylədim”. Sonra tüfənglə Allahverdinin sifət nahiyyəsinə nişan almadan atəş açdım. Atəş Allahverdinin çənə altına tuş gəldi və o, arxası üstə yerə yıxıldı. Atəşdən sonra əlimdə tüfənglə birlikdə həyətdən tez qaçıb getdim. Qaçarkən həyətdə və ya yolda məni heç kim görmədi. Bundan sonra evə gələrək tüfəngi yenidən götürdüyüm yerə qoydum. Bir ədəd istifadə olunmamış patronu cibimdən və bir ədəd istifadə olunmuş patronu isə tüfəngin lülə yuvasından çıxarararaq həyətimdə basdırdığım digər iki istifadə olunmamış patronun yanına qoydum. Təxminən 10 dəqiqə sonra yenə İlkinə zəng edərək həyətə girəndə qorxmamasını, atasını öldürdüyümü dedim. Mən 1-2 dəqiqə sonra yenə İlkinə zəng edərək bu barədə heç kimə, o cümlədən polisə də heç bir söz deməməsini tapşırdım. Bundan yarım saat sonra isə atam Almaz və anam Gülşənlə birlikdə Təranənin evinə getdik. Orada Almaz, İlkin və digər qohumlarla, həmçinin qonşularla birlikdə 30-cu polis şöbəsinə aparıldıq. Şöbədə Allahverdini kimin vurmasını müəyyən etmək üçün gətirilənləri bir-bir otağa salaraq sorğu-sual edirdilər. Artıq 11 dekabr 2021-ci il tarixə keçən gecə əvvəl-axır işin üstünün açılacağını düşünərək polislər tərəfindən sorğu-sual edilən zaman Allahverdini tüfənglə qətlə yetirdiyimi etiraf etdim”.

Məhkəmənin hökmü ilə Taryel Qurbanov qəsdən adam öldürməkdə təqsirli bilinərək 11 il 6 ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Allahverdi Mirzəyev özü də bir neçə il əvvəl qətl hadisəsi törədib və bu səbəbdən uzun müddət həbssdə yatıb. Onun kriminal aləmin üzvü olduğu bildirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki