image-15475682344906928748_1000x669backend

Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir

image-reklam_sirab_01

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir.

Veteninfo.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “CASPINDEXPO 2022” beynəlxalq ticarət və sənaye sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, bununla yanaşı İran parlamentinin nümayəndəsi Azərbaycana səfəri gözlənilir. Səfir əlavə edib ki, İran və Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf etməlidir:

“Çünki hər iki dövlət eyni strateji bölgədə yerləşirlər. Dünyada məhsulların tranziti üçün bu iki ölkənin potensialından istifadə edilməlidir. İki ölkə arasında ticarət dövriyyəsi bizim üçün qaneedici deyil. Güman edirəm ki, bu kimi sərgilərin təşkili ilə ölkələr arasında ticarət dövriyyəsi artacaq və 1 milyard ABŞ dollarına çatacaq”.

Səfir qeyd edib ki, Azərbaycan bazarı İran üçün önəmlidir və ümid edir ki, Azərbaycan vasitəsilə digər ölkələrə İran məhsullarının tranziti həyata keçirləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki