Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır:
1)KÜLƏK ENERJİSİ
2)GÜNƏŞ ENERJİSİ
3HİDROENERGETİKA
4)GEOTERMAL ENERGETİKA
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
KÜLƏK ENERJİSİ:Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175-219) 10/12 kVt/saat, yaratdığı güc isə (20-35) 10/9 kVt kimi qiymətləndirilir. Azərbaycanın külək enerji ehtiyatı 800 MVt-a yaxındır ki, bu da ildə 2,4 mld. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir
GÜNƏŞ ENERJİSİ: Yer atmosferinin yuxarı sərhəddində il ərzində 5,6 x10/24C günəş enerjisi düşürYerə düşən günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və başqa şeylərdən alınmış enerjilərin hamısından dəfələrlə çoxdur. Günəş enerjisinin cəmi 0, 0125%-nin işlənməsi yerdə olan bütün enerji ehtiyaclarını ödəyə bilər. Daha 0,5%-ı isə gələcək üçün də yetırli olar. Bu potensial o qədər yüksəkdir ki, hər dəqiqə yerə düşən günəş enerjisi bütün bəşəriyyətin bir illik enerji ehtiyaclarını ödəyə bilər.
HİDROENERGETİKA: Bunlar da su enerjisinin təbii yolla istifadəsidir. Bunlar dəniz sularının artmasının, dalğaların enerjisini insan tələbatını ödəyən enerjiyə çevirilməsi yolu ilə alınır.Azərbaycan çaylarının ümumi hidroenerji potensialının 40 mvt/saat, kiçik SES-lərin nəzəri enerji potensialının isə 28 nlrd.kvt./saat olduğu müəyyən edilmişdir. İlkin hesablamalara görə, çayların üzərində tikilməsi mümkün olan 280-ə yaxın kiçik SES-in ümumi istehsal gücü 700 MVT, illik enerji istehsalı isə 3,2-3,5 mlrd.kvt/saat təşkil edir. Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında axan kiçik dağ çayları üzərində, eləcə də su təsərrafatı obyektlərində (su anbarları, irriqasiya kanallarl və s. yaxın gələcəkdə iqtisadi səmərəliliyinə görə 36 SES-in tikilməsi daha məqsədəuyğun sayılır.Enerjinin alınması üçün çay ağızları bəndlə kəsirlər. Orada həm elektrik generator, həm də nasos rejimində işləyən su aqreqatları quraşdırılır. Nasos rejimi su artmaları ilə geri çəkilmələri arasında olan zaman işlədilmə su üçün suyu su anbarlarına doldurur. Belə olarsa, bu kimi stansiyaları hidroakkumulyasiya elektrik stansiyası adlandırırlar. Okean dalğalarının enerjisi – okean üzərində dalğalarla yayılan enerjidir. Suların şirinləşdirilməsi, elektrik enerjisinin istehsalı, suların anbarlara vurulması kimi faydalı işlərin görülməsi üçün istifadə oluna bilər.
GEOTERMAL ENERGETİKA: Azərbaycanda Abşeron yarımadası, Kür çökəkliyinin geniş əraziləri, Böyük Qafqaz və Kiçik Qafqaz, Talış dağları, Xəzərsahili-Quba zonaları proqnozlaşdırılmış ehtiyatı 245,6 min m²/sutka təşkil edən geotermal sularla çox zəngindir. Geotermal su ehtiyatları Kiçik Qafqazın Tərtər və Arpaçay hövzələrində (tenperatur 62-80 °C, sutkalıq debit 800-900 min m³/sutka) Naxçıvan MR-in Darıdağ rayonunda (tenperatur 41-52 °C, sutkalıq debit 1080–2850 m/sutka): Cənub bölgəsinin Lənkəran, Masallı, Astara rayonlarında (tenperatur 35-50 °C) sunkalıq debit 2260–23625 m/sunka), Böyük Qafqazın Abşeron, Qax, Qəbələ, Quba, Xaçmaz rayonlarında (temperatur 50-95 °C, 100-135 °C sutkalıq debit 400-500 min m/sutka hətta 2470 n/sutka ) və Kür çökəkliyi vilayətində (tenperatur 45-120 °C, sutkalıq debit 1000-2000 min3/sunka) daha zəngindir. Müxtəlif ərazilər üzrə termal suların temperaturu 30-110 °C arasımda dəyişir. Ölkə üzrə ən prekpertivli ərazilər Kür şökəkliyi, Qusar dağətəyi zonası və Abşeron yarımadası hesab edilir. Bu ərazilərdə müvafiq olaraq 480,70,65 MVt gücündədir. Demək olar ki, ölkə üzrə termal suların potensialı 245,6 min m³ /gün və ya 800 MVt həcmində qiymətləndirilir.
HÜMBƏTLİ FİRUZƏ—AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTETİ


























