image-16backend

Bilyard klubunda atışma: kriminal avtoritet Nazir Əliyev güllələndi

image-reklam_sirab_01

Ukraynanın Odessa şəhərindəki bilyard klublarından birində kriminal elementlər arasında qanlı “hesablaşma” baş verib. virtualaz.org xəbər verir ki, Odessa vilayəti polis idarəsinin yaydığı məlumata əsasən bilyard klubuna daxil olan silahlı şəxs oradakı iki nəfəri güllələyib. Nəticədə bir nəfər yerində ölüb, digərini ağır yaralı halda xəstəxanaya çatdırıblar. Hadisə bu gün səhər saatlarında baş verib, hadisə yerində ekspert-kriminalistlər və müstəntiqlər işləyir.

 

Yerli mənbələr bildirir ki, öldürülən şəxs Nazir Əliyev adında tanınmış kriminal avtoritetdir. Onun mərhum “Lotu Quli”nin yaxın adamlarından olduğu bildirilir. Atəş açan şəxs saxlanılıb və onun  Şöhrəddin Quliyev  adlı Azərbaycan vətəndaşıdır. İlkin versiyaya görə hadisənin motivi Odessa vilayətində kriminal qruplaşmalar arasında nüfuz dairəsi bölgüsü uğrunda çəkişmədir.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki