image-016464e7-8e53-3024-a96f-58ae05dc8500_850backend

Braziliyada avtomobillərin olduğu körpü uçub, ölən və yaralananlar var

image-reklam_sirab_01

Braziliyanın Amazonas ştatında avtomobillərin olduğu körpünün uçması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb, 15 nəfər isə itkin düşə bilər.

Bu barədə yerli G1 portalı məlumat yayıb.

“Manausdan 102 kilometr aralıda, Kareyroda BR-319 avtomobil yolunun 25-ci kilometrliyində körpünün çökməsi nəticəsində 8-15 nəfər itkin düşüb. Üç nəfər – iki kişi və bir qadın ölüb, 14 nəfər yaralanıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə sonucunda azı 12 avtomobil suya düşüb. Qəza yerində dalğıclar boğulanların axtarışı üçün cəlb olunublar. Oradakı dərinlik 20 metrə qədərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki