image-3ca1d7b4-949b-3b86-a465-e82f484779ae_850backend

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

image-reklam_sirab_01

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Veteninfo.az xəbər verir ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü, Əmək­dar elm xa­di­mi, Döv­lət mü­ka­fa­tı lau­rea­tı, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Afad Qur­ba­nov ölkəmizdə  hazırda istifadə olunan  Azərbaycan əlifbasının tərtibçisidir.

Görkəmli alimin əlif­ba is­la­hat­çı­sı ki­mi tə­şəb­bü­sü ilə 1990-cı il­də Azər­bay­can Əlif­ba Ko­mis­si­ya­sı ya­ra­dıl­mış və bu sa­hə­də­ki ya­ra­dı­cı­lıq işi nə­zə­rə alı­na­raq Azər­bay­can SSR Elm­lər Aka­de­mi­ya­sı­nın o za­man yeganə dil­çi-alim üz­vü olan Afad Qur­ba­nov hə­min ko­mis­si­ya­nın səd­ri se­çil­miş­dir. A.Qur­ba­nov qə­ti şə­kil­də bə­yan et­miş­dir ki, ki­ril qra­fi­ka­sı Azər­bay­can di­li­nin bü­tün in­cə­lik­lə­ri­nə, onun tə­ləb­lə­ri­nə tam ca­vab ver­mir.

Bu dövrdə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. Afad Qurbanov Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlə­rini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlamış, daha sonra Komissiyanın müzakirəsinə  təqdim etmişdir. A.Qur­ba­no­vun ha­zır­la­dı­ğı əlif­ba la­yi­hə­sində müa­sir əlif­ba­nın ya­ra­dıl­ma­sı və ona ve­ri­lən tə­ləb­lər nəzərə alınmışdır.

image-d2398dec-f0de-474d-bdb5-8ead03ecbe15_850

Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Qeyd olunan hərflər müasir Azərbaycan ədəbi dilinin fonemlər sisteminə uyğun olaraq qəbul edilmişdir. Alimin  hazırladığı əlifba   Azərbaycan əlifbasının tarixi ilə sıx bağlıdır.  Afad Qurbanov latın qrafikalı yeni əlifbaya keçilməsi dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olmuş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmiş və istifadəyə verilmişdir.

Ümum­xalq sər­və­ti olan bu­gün­kü əlif­ba bu yo­rul­maz in­sa­nın, xal­qı­nı də­rin­dən se­vən fə­al və­tən­da­şın, gör­kəm­li dil­çi­,  aka­de­mik Afad Qur­ba­no­vun el­mi və ic­ti­mai fəa­liy­yə­ti­nin bəh­rə­si ki­mi Azər­bay­can xal­qı­na ən bö­yük töh­fə­lə­rin­dən bi­ri­dir. XIX yüzillikdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulan əlifba islahatı Afad Qurbanov tərəfindən  uğurla davam etdirilmişdir. Hazırda latın əlifbası əsasında tərtib edilən müasir Azərbaycan əlifbasının Azərbaycan dilinin yazı sistemini lazımi səviyyədə təmin etməsi milli müstəqilliyimizin bəhrəsinin nəticəsidir.

Qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində,  beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanının mühüm rolu olmuşdur. Bu  Fərmanın 9-cu maddəsində yazılır:

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,  ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etsin;

2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni fərman  imzalandı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin. Hazırda bu əlifba Azərbaycan xalqının   maddi-mədəni uğurlarının  formalaşmasında, elmi əlaqələrin və mühüm  fəaliyyət sahələrinin inkişafında önəmli rol oynayır.

SAYALI SADIQOVA

ARNK  yanında Terminologiya

Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki