image-reklam-veteninfo
image-arzuman_muradli-yeni_foto_-2backend

“Prezidentin Naxçıvan gedişi: Düşmənə dağ, dosta güvən verən mesaj!”

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi səfər təkcə regionun sosial-iqtisadi inkişafı baxımından deyil, həm də qlobal və regional geosiyasi proseslər fonunda müstəsna əhəmiyyət kəsb edir.

Siyasi şərhçi Arzuman Muradlı Vətəninfo.az saytına açıqlamasında bu səfərin dərin siyasi məqamlarına toxunub, onun strateji hədəflərini təhlil edib.

“Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri Azərbaycanın bu strateji bölgəyə verdiyi müstəsna önəmin, eləcə də dövlət təhlükəsizliyinin qətiyyətli nümayişidir. Bu səfər regionun inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, həm də xarici dairələrə verilən güclü siyasi mesajdır.”-deyən Arzuman Muradlı əlavə edib ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpası məsələsi artıq lokal layihə çərçivəsindən çıxaraq qlobal nəqliyyat dəhlizinin mühüm tərkib hissəsinə çevrilib. Prezidentin səfəri zamanı bu istiqamətdə atılan addımlar və verilən tapşırıqlar prosesin sürətləndiyini göstərir: “Muxtar Respublikanın iqtisadi potensialının tam gücü ilə işə salınması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yeni infrastruktur layihələrinin icrası Naxçıvanın Azərbaycanın ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyasını təmin edir. Səfər fonunda səslənən fikirlər və atılan addımlar Ermənistana və onun havadarlarına Azərbaycanın öz suveren hüquqlarından və regional sabitlik gündəliyindən bir qədər belə geri çəkilməyəcəyini bir daha nümayiş etdirir”.
Arzuman Muradlı bildirib ki, Naxçıvanın Azərbaycanın qüdrətli iqtisadi və hərbi potensialının ayrılmaz hissəsi kimi inkişaf etməsi ölkəmizin bütöv təhlükəsizlik arxitekturasının mühüm təminatçısıdır.

Vətəninfo.az

 

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki