image-reklam-veteninfo
image-img_0064backend

TALEH ŞAHSUVARLI : “Qaziyə 10 sutka kəsən hakim sən heç zaman Azərbaycan üçün susuz qalmamısan!!!“

image-reklam-veteninfo

Azərbaycanın bir çox geniş oxucu auditoriyasına malik xəbər saytlarında “TikTok-da dinə qarşı çıxışlar edən “Çevik” həbs olundu” başlıqlı xəbərlər yayılıb.

 

Bir hüquqşünas olaraq qətiyyətlə deyirəm ki, bu başlıq altında yayılmış xəbərlər “Çevik” təxəllüslü Məqsəd Məcid oğlu Bağırovun DƏRHAL həbsdən azad olunması üçün hüquqi əsasdır. Çünki dinə qarşı çıxışlara görə, heç bir dünyəvi ölkədə heç kəs həbs oluna bilməz. Həbsə əsas olan konkret əməldən asılı olmayaraq, bu başlıqlar vətəndaşın Konstitusiya ilə təmin olunan fikir və söz azadlığının pozulduğu görüntüsünü yaradır. Bu isə həm ölkədaxili, həm də beynəlxalq müstəvidə yanlış təsəvvür formalaşdırır. Bütün prosessual tələbləri bir kənara qoysaq, Məqsəd bir həbs qərarını, bir də bu başlıqları Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etsə, çox böyük ehtimalla prosesi udacaq!

Gəlirəm, hüquqi əsasa. Bildirilir ki, Qəbələ Rayon Polis İdarəsi tərəfindən tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Polisin fəaliyyətində bir problem yoxdur. M.Bağırov İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan hərəkətləri edə bilər. Amma hakimin qərarı?

Gəlin, həmin normanın sanksiya hissəsinə baxaq və böyüdəcəyim hissəyə diqqət edək:

– beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin ŞƏXSİYYƏTİ NƏZƏRƏ ALINMAQLA, BU TƏDBİRLƏRİN TƏTBİQİ KİFAYƏT SAYILMADIQDA bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Göründüyü kimi, bu normanın əsas sanksiyası cərimədir.

Əgər cərimə kifayət etməsə (sadə misallarla izah etsəm, pozuntunu törədən, məsələn, kriminal keçmişə malikdirsə, yaxud puluna güvənib bu hərəkətləri edirsə) o zaman həbs qərarı çıxarıla bilər.

İndi gəlin “Çevik” təxəllüslü Məqsəd Məcid oğlu Bağırovun şəxsiyyətinə baxaq.

https://president.az/az/articles/view/49462

Bağırov Məqsəd Məcid oğlu- “Cəbrayılın azad olunmasına görə” medalı;

https://president.az/az/articles/view/49513

Bağırov Məqsəd Məcid oğlu- “Xocavəndin azad olunmasına görə” medalı

https://president.az/az/articles/view/49512

Bağırov Məqsəd Məcid oğlu- “Zəngilanın azad olunmasına görə” medalı;

https://president.az/az/articles/view/49221

Bağırov Məqsəd Məcid oğlu- “Cəsur döyüşçü” medalı…

Bir millət olaraq tariximizin ən şanlı səhifəsi olan II Qarabağ müharibəsində Məqsəd bəlkə də başqa medallara da sahibdir. Ən azından “Vətən müharibəsi iştirakçısı” medalı da var.

Amma əsas sual başqadır: bir vətəndaş Azərbaycan üçün bundan artıq nə edə bilər ki, onun şəxsiyyəti izibati xəta ilə bağlı qərar qəbul edərkən hakim tərəfindən nəzərə alınmalı olsun?

İndi inzibati qərarı məhkəmə necə çıxarmalıdır, onu deyim:

İPM, 68.1: “Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir”.

Məqsədin 10 sutka inzibati həbs edilməsi barədə qərar çıxarmış hakim, mən səni şəxsən tanımıram, amma əminəm ki, – ayrı heç nə demirəm, – sən heç zaman Azərbaycan üçün susuz qalmamısan!!!

Taleh Şahsuvarlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki