Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə imzalanan sazişlə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə regionda sabitliyin təmin olunması istiqamətində tarixi məsuliyyəti öz üzərinə götürüb. Onun sözlərinə görə, sazişin əsas məqsədi çəkindirmə mexanizmlərini gücləndirməkdir.
Türkiyə lideri qeyd edib ki, Məkkə Paktı bütün qardaş ölkələrin iştirakı üçün açıqdır:
“İmkan daxilində regiondakı bütün ölkələri bu müqavilə çərçivəsində birləşdirməyə çalışırıq. Bu müqavilə heç bir ölkəyə qarşı yönəlməyib. Onun yeganə məqsədi regionda sülh və sabitliyi, eləcə də xalqlarımızın rifahını təşviq etməkdir”.


























