image-reklam-veteninfo
image-1backend

ÜST:”Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir”

image-reklam-veteninfo

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Tarik Yaşareviç atəşkəs rejiminin elan olunmasına baxmayaraq İsrailin mühasirəsi altında olan Qəzza zolağında tibbi təxliyə ilə bağlı ciddi problemlərin davam etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Anadolu Agentliyinin suallarını cavablandıran T. Yaşareviç vurğulayıb ki, müalicəyə möhtac olan minlərlə ağır xəstə təcili olaraq bölgədən çıxarılmağı gözləyir. Mətbuat katibinin sözlərinə görə, tibbi təxliyə əməliyyatları həftədə 3–4 dəfə həyata keçirilir və təkcə 2–8 avqust tarixləri arasında 101 xəstə ilə yanaşı, onları müşayiət edən 164 nəfər bölgədən təxliyə edilib.

ÜST rəsmisi vurğulayıb ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzzadan ümumilikdə 12 913 xəstə, o cümlədən 6 186 uşaq və 16 000 müşayiətçi tibbi təxliyə olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki