Vətəninfo.az xəbər verir ki,son illər Azərbaycanda estetik və plastik cərrahiyyə sahəsində baş verən neqativ hallar, diplomsuz və ya müvafiq ixtisaslaşma keçmədən bıçaq altına girən şəxslərin əməlləri cəmiyyətdə haqlı narazılıq doğurur. Qanunvericiliyin tələblərinə kobud şəkildə məhəl qoyulmaması, vətəndaşların həyatı və sağlamlığı ilə açıq-aşkar qumar oynanılması halları diqqətdən kənarda qala bilməz. Bu qanunsuzluq dalğasının mərkəzində adları hallanan şəxslərdən biri də Natəvan Əmirovadır.
Əvvəllər “Laser Beauty Clinic”də fəaliyyət göstərən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlamaları zamanı cərrah kimi fəaliyyət göstərmək üçün heç bir müvafiq ixtisası və hüquqi əsası olmadığı üzə çıxan Natəvan Əmirova indi də fəaliyyətini “Universal Hospital”da davam etdirir. Dövlət qurumlarının rəsmi olaraq haqqında pozuntular aşkar etdiyi, cərrahlıq ixtisasının olmadığını bəyan etdiyi bir şəxsin bu gün çoxprofilli xəstəgörəcək səviyyədə fəaliyyət göstərən “Universal Hospital” kimi tibb müəssisəsində qucaq açması nə deməkdir? Bu, xəstəxana rəhbərliyinin qanunlara açıq şəkildə saymaması və maddi qazanc naminə pasiyentlərin həyatını təhlükəyə atması deyilmi?
https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D
Azərbaycanda səhiyyə sisteminin şəffaflaşdırılması, vətəndaşların həyat və sağlamlığının qorunması istiqamətində son illər atılan ciddi addımlar bəzi tibb müəssisələrinin hələ də köhnə idarəçilik üsullarından əl çəkmədiyini göstərir. “Universal Hospital” qanunvericiliyin tələblərini açıq şəkildə pozaraq, heç bir ixtisası və rəsmi sertifikatı olmayan şəxsləri əməliyyat masasına buraxan klinikalardan biri olamağa nə vadar edir. Qanuna görə, plastik və…. estetik əməliyyatları həyata keçirmək üçün həkim yalnız müvafiq rezidentura təhsili almalı və Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən təsdiqlənmiş rəsmi sertifikata malik olmalıdır. Lakin “Laser Beauty Clinic”-də yoxlamalar zamanı məlum olub ki, Natəvan Əmirovanın sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olması rəsmi şəkildə qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müəssisə barəsində inzibati tənbeh tədbirləri seçilib.
İxtisası və hüquqi əsası olmadığı halda estetik əməliyyatlara əl atmaq – insan həyatına qarşı edilən ən böyük səhlənkarlıq və məsuliyyətsizlikdir. Sosial şəbəkələrdə özünü mütəxəssis kimi təqdim edən, müxtəlif reklamlarla vətəndaşları aldadan belə şəxslərin fəaliyyəti cəmiyyət üçün bir katastrofadır. İnsanların estetik arzulardan istifadə edərək onların sağlamlığı ilə oynamaq, heç bir elmi və hüquqi əsası olmadan cərrahiyyə masasına oturtmaq yolverilməzdir. Məsununiyyətsiz şəkildə həyata keçirilən bu cür qanunsuz müdaxilələr sonradan ağır fəsadlara, dəhşətli ağırlaşmalara, hətta insan ömrünün sonlanmasına səbəb ola bilər. Hüquq-mühafizə və səhiyyə orqanlarının apardığı araşdırmalar göstərir ki, sahə nə qədər nəzarətsiz qalsa, bir o qədər saxtakar “həkimlər” Ümumilikdə səhiyyə sisteminə kölgə salacaqlar. Natəvan Əmirova kimi şəxslərin heç bir hüquqi əsas olmadan cərrahi əməliyyatlara cəhd göstərməsi dövlət qanunlarına açıq hörmətsizlikdir. Vətəndaşlarımızın sağlamlığı heç kimin şəxsi qazanc mənbəyinə və ya təcrübə poliqonuna çevrilməməlidir. Bu cür hallara qarşı mübarizə daha sərt olmalı, qanunsuz fəaliyyət göstərən şəxslər qanun qarşısında tam cavab verməlidirlər. Bir tibb müəssisəsinin baş direktoru və ya rəhbərliyi işə götürdüyü hər bir həkimin diplomunu, ixtisas sertifikatını və qanuni əsaslarını yoxlamağa borcludur. Lakin görünən odur ki, “Universal Hospital” rəhbərliyi üçün şəffaflıq və pasiyent təhlükəsizliyi deyil, yalnız daxil olan maliyyə axını əsas prinsipdir. İxtisassız bir şəxsin plastik və estetik əməliyyatlar adı altında insan bədənində “təcrübələr” aparmasına şərait yaratmaq birbaşa cinayətə ortaq olmaqdur. Vətəndaşların sağlamlığı üzərindən qurulan bu cür qaranlıq mexanizmlər cəmiyyətdə səhiyyə müəssisələrinə olan etimadı sarsıdır. “Universal Hospital” rəhbərliyi unutmamalıdır ki, qanunsuz fəaliyyətə qucaq açmaq gec-tez hüquqi müstəvidə ağır məsuliyyət və sərt cəzalar deməkdir. Aidiyyəti dövlət qurumları bu klinikanın fəaliyyətini, xüsusilə də ixtisassız şəxslərin hansı əsasla cərrahiyyə otaqlarına buraxılmasını ciddi nəzarətə götürməli və rəhbərlik barəsində ən sərt tədbirlər görülməlidir.
Redaksiyadan: Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.


























