image-reklam-veteninfo
image-1backend

Tramp: İrana etibar etmirəm

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövcud vəziyyətin ölkəsinin maraqları baxımından yaxşı inkişaf etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp İranın etibarlı tərəfdaş olmadığını vurğulayaraq, Tehrana etibar etmədiyini deyib. O, həmçinin ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.

“İranla bağlı işlər yaxşı gedir, sadəcə əla gedir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Hörmüz boğazı ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə, hazırda boğaz üzərində nəzarət ABŞ-a məxsusdur və burada başqa heç bir ölkənin nəzarəti yoxdur.

“Hörmüz boğazına tam nəzarətimiz var. Biz onu özümüz idarə edirik, başqa heç kim yox, yalnız biz. Donanmamız inanılmazdır və ölkəmiz əla işlər görür”, – Tramp qeyd edib.

Tramp İranla münasibətlərdə etimadsızlığın davam etdiyini də vurğulayıb.

“Mən İrana etibar etmirəm. İranın etibar edəcəyi sonuncu şəxs mənəm. Onlar mənə dəfələrlə yalan danışıblar. İndi Hörmüz boğazına tam nəzarət edirik, onlar yox”, – ABŞ Prezidenti bildirib.

Trampın açıqlamaları ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda səslənib. Hörmüz boğazı qlobal enerji və dəniz ticarəti baxımından strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biri hesab olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki