image-1677060887_arzuman-teze-1-2backend

“Cənubi Qafqazda baş verənlər ən çox İranı qorxuya salıb” -Arzuman Muradlı

image-reklam_sirab_01
“Cənubi Qafqazda baş verənlər ən çox İranı qorxuya salıb. Bunun müxtəlif səbəbləri var. Aydındır ki, İran regionda özünü güc kimi göstərmək istəyir. Ancaq görünən odur ki. İran indi Cənubi Qafqazdakı məsələlərə diktə edə bilmir” -Vətəninfo.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, İran rəsmilərinin dalbadal Moskvaya səfəri də məhz bu amilə əsaslanır.
““Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür” – bu cümləni İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib. Bu, Tehranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu təsdiq edən cümlədir və bunu İkinci Qarabağ müharibəsindən sonra dönə-dönə təkrarlayırlar. Şamxaninin cümləsində “regional düşmənlər” deyilən ölkələrə – İsrail və ABŞ-a da mesaj var. Görəsən Şamxani Avropa İttifaqını da “regional düşmənlər” siyahısına aid edirmi? Əgər aid edirsə, Şamxani İrəvanın Avropa İttifaqının müşahidə missiyasını İranla sərhədə yaxın Qərbə Zəngəzurda iki illiyinə yerləşdirilməsiylə bağlı qərarından narahatlığını erməni həmkarının diqqətinə çatdırmalıydı.
Əli Şamxani ötən ilin iyulun 15-də Bakıda prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə dövlət başçımızı təbrik etmişdi. Belə çıxır ki, Şamxani və onun İrandakı həmfikirləri Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edir, ancaq Azərbaycanın Ermənistanla təmas xəttində möhkəmlənməsini, strateji yüksəkliklərə nəzarət etməsini və Qərbi Zəngəzur dəhlizinin açılmasıyla gələcəkdə azərbaycanlıların tarixi torpaqlarına qayıtmasını istəmir. Bu Tehranın siyasətindəki yeganə təzad deyil. Bütün hallarda dialoq yoluyla hazırki gərginlikdən çıxış yolları tapılmalıdır.” -deyə Arzuman Muradlı bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki