image-1backend

COP29 çərçivəsində keçiriləcək parlament iclasının yekun sənəd layihəsi müzakirə olunub

image-reklam_sirab_01

Parlamentlərarası ittifaqın 149-cu assambleyasında Davamlı İnkişaf üzrə Daimi Komitəsinin iclası keçirilib. İclasda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək parlament iclasının yekun sənəd layihəsinə dair müzakirələr aparılıb.

Milli Məclisin deputatı Soltan Məmmədovun Vətəninfo.az-a verdiyi xəbərə görə, o, sənəd layihəsinə dair təşkilata üzv ölkələri təmsil edən deputatların təklifləri barədə ətraflı məlumat verib.

Bu təkliflər əsasında layihəyə edilən əlavə və dəyişikliklər haqqında danışıb. Qeyd edib ki, sənəd layihəsi Parlamentlərarası ittifaqın 148-ci assambleyasında qəbul olunmuş qətnamə ətrafında aparılmış müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında tərtib olunub.

Milli Məclisin deputatı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri ilə barədə də məlumat verib. Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etmək üçün bütün zəruri tədbirləri məsuliyyətlə həyata keçirdiyini vurğulayıb. Parlamentlərarası İttifaqa üzv olan ölkələrin deputatlarını COP29-da fəal iştirak etməyə dəvət edib.

Soltan Məmmədov Braziliya və Yaponiya parlamentlərinin üzvləri ilə də görüşüb. Hər iki ölkədən olan parlamentarilərə COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament iclasının əhəmiyyəti barədə məlumat verib. Vurğulayıb ki, bu platforma parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə yeni ideyalarla çıxış etməyə imkan yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki