image-photo-2021-12-28-12-58-06backend

Dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsi.

image-reklam_sirab_01

Artıq neçə illərdir ki, azərbaycanlılar öz həmrəylik günlərini qeyd edirlər. Hər bir xalqın öz milli birlik fəlsəfəsi var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər olub. Lakin keçən əsrin 90-cı illərində XX əsrdə əldə edilən ikinci müstəqillik dönəminin başlaması ilə həmrəylik anlayışı yeni məzmun aldı. Çünki müasir tarixi mərhələdə azərbaycanlıların həmrəyliyi müstəqil dövlət quruculuğu prosesi ilə əlaqələndirilməli idi. Ulu Öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən ustalıqla gəldi və indi hər bir azərbaycanlı həmrəyliyin nədən ibarət olduğunu yaxşı bilir.
Həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Yekun olaraq, həmrəylik cəmiyyətdə nsanları vahid orqanizmdə birləşdirmək üsulu kimi təsəvvür edilə bilər.
Müasir mərhələdə, müstəqillik dövründə azərbaycanlıların həmrəylik modelinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Bu proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi nəticəsində başlayıb. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların birləşməsi baxımından çox şərəfli olan bir yola çıxılıb.
Azərbaycanın müstəqilliyi birbaşa millətin birliyinin təmini ilə bağlıdır. Azərbaycanda Heydər Əliyev həmrəylik məsələsini məhz bu aspektdə aktuallaşdırıb. Bu, həm də yeni tarixi şəraitdə milli həmrəyliyə nail olmanın yeni üsulu kimi dərk edilməlidir. Çünki əvvəlcə Çar Rusiyası, sonra isə SSRİ dönəmlərində ayrıca millətin həmrəyliyi, yaxud birliyi məsələsi qətiyyən qoyulmurdu. Bu da məntiqi olaraq eyni etnosa mənsub olanlar arasında dəyişən tarixi şəraitdə kollektivçiliyin əsaslanacağı mexanizmlərə kölgə salmışdı. Dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsi bu baxımdan milli birlik məsələsini Ulu Öndərin uğurlu model əsasında rituallaşdırması anlamına gəlir. Deməli, həmin tarix adi yaddaş deyil, tarixin indiki mərhələsində azərbaycanlıların vahid orqanizmdə birləşməsi fəlsəfəsinin başlıca prinsipidir.
Həmrəylik Azərbaycan cəmiyyətində fikir müxtəlifliyinin təmin edilməsinə qətiyyən zərər verməməlidir. Plüralizm, demokratik düşüncə hüququ tam məzmunu ilə saxlanmalıdır. Ayrı-ayrı qruplar, yaxud partiyalar ölkənin siyasi gələcəyi ilə bağlı öz fikirlərini müstəqil şəkildə ifadə edə bilərlər. Bu o deməkdir ki, həmrəylik müasir tarixi mərhələdə vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu kontekstində gündəmə gətirilir.
Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir! Bizi həmrəylik yeni-yeni qələbələrə aparacaq!
Abdullayeva Aytən Azərbaycan Dövlət Pedaqoji Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki