image-6335760bd139a6335760bd139b16644480116335760bd13986335760bd1399backend

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır – FƏRMAN

image-reklam_sirab_01

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemində “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır.

“Baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcək.

Digər dəyişikliyə görə, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil olan “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvandarlıq təsərrüfatları üzrə fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin fəaliyyətinin əlaqələndirilməsi də təmin ediləcək.

İndiyə qədər baytar həkimi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək və doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək imkanına malik idi. Dəyişikliyə əsasən, “baytar həkimi” anlayışı “heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri” anlayışı ilə əvəz edilir, eyni zamanda “Elektron kənd təsərrüfatı” informasiya sistemində onlar üçün imkanlar genişləndirilir. Heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri sistemdə aşağıdakı imkanlara malik olacaqlar:

– qeydiyyatdan keçmək;
– elektron kabinetdən istifadə etmək;
– doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;
– heyvandarlıq təsərrüfatları üzrə baytarlıq xidmətlərinin göstərilməsi və nəticəsi barədə məlumatları daxil etmək;
– əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;
– baytarlıq xidmətləri göstərilən heyvanlar barədə məlumatları daxil etmək;
– baytarlıq xidmətləri üzrə monitorinqin nəticəsi ilə tanış olmaq və qeydlərini daxil etmək;
– müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi baytarlıq xidmətləri barədə məlumatları daxil etmək

Digər dəyişikliklə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilən məlumatların sırasına xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi ilə bağlı bağlanılmış müqavilələrin icrası və heyvanların qırxım məntəqələri və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətlər barədə məlumatlar da daxil edilib.

Heyvanların qırxım məntəqələrinə isə “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmək. elektron kabinetdən istifadə etmək, müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi xidmətlər üzrə məlumatları daxil etmək imkanları yaradılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki