image-4bc6ede7-f6bf-3fb0-a0bc-536904fe6d03_850backend

Ərdoğan sabah Balkan ölkələrinə səfər edəcək

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan yarımadasının 3 ölkəsinə – Bosniya və Hersoqovina, Serbiya və Xorvatiyaya səfər edəcək.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan səfər zamanı keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət həcminin artırılması ilə bağlı məsələlər müzakirə edəcək.

Eyni zamanda səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub.

Səfərdə R.T.Ərdoğanı böyük və geniştərkibli nümayəndə heyəti müşayiət edəcək.

Səfər sentyabrın 6-dan 8-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki