Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.
Vətəninfo.az xəbvər verir ki, qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmiş iclasında təsdiqlənib.
Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.
Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.