image-photo-2021-12-20-08-46-38backend

Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı törətdiyi soyqırımlar.

image-reklam_sirab_01

Azərbaycan Xanlıqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra İrəvandan Qarabağa tarixi Türk coğrafiyalarına ermənlərin kütləvi şəkildə yerləşdirilməsindən sonra Azərbaycanın t mədəni irsi, memarlıq abidələri, musiqi və incəsənəti də ermənilər özününkülışdirməyə çalışmış, buna nail olmadıqda isə o torpaqlardakı Türk izlərinə qarşı sözün həqiqi mənasında müharibə elan olunmuşdur. İrəvan qalası başda olmaqla Səfəvi və Osmanlı dövrlərinə aid olan yüzlərlə türbə, məscid, mədrəsə külliyəsi, karvansara, orta əsrlər dövrünün Müsəlman qəbristanlıqları məqsədli şəkildə dağıdılmış, Çarlıq dövrü Rus səyyah və məmurlarının da qələmə aldığı əsərlərində mədh edərək bəhs etdiyi İrəvandakı qədim Türk İslam memarlığının izlərindən günümüzə heç nə qalmamışdır. Aparılan tədqiqatlarla Qərbi Azərbaycan ərazilərində həm də tarixi abidə qismində olan 110 məscidin Erməni silahlı dəstələri tərəfindən yandırılaraq məhv edildiyi məlum olmuşdur. Çarlıq Rusiyasından Sovetlərə ardıcıllıqla davam etdirilən Azərbaycan Türklərinin öz dədə-baba yurdlarından kütləvi köçə məcbur edilərək erməniləşdirilmə aparılması siyasətinin son halqası olaraq 1988-89- cu illər Ermənistandan 250 minə yaxın Azərbaycanlı da çıxarıldıqdan sonra onlara aid olan çox sayıda məktəb və kitabxana binalarına içərisindəki kitab və müxtəlif ləvazimatlar, milli motivləri özündə ehtiva edən əşya və eksponatlarla birlikdə müsadirə edilmiş, yüzlərlə qəbristanlıq, 68 tarixi-memarlıq abidəsi, 49 məscid dağıdılmışdır.
Erməni işğalçılarının həyata keçirdiyi, dünya tarixinin şahid olduğu ən qəddar mədəniyyət düşmənçiliyi hadisəsi insanlığın da qədim mədəniyyət məskənlərindən olan Qarabağda yaşanmışdır. E.əvvəlki minilliyə aid Xocalı mədəniyyətini təmsil edən nümunələrdən Alban dövləti, Sacilər, Səlcuqlular, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Osmanlı və Xanlıqlar dövrünə qədər çox zəngin tarixi-memarlıq abidələrinə ev sahibliyi edən, London, Paris, Berlin kimi şəhərlərin dünyaca məhşur muzeylərində parlaq nümunələrinin yer aldığı Azərbaycanın qədim əl sənəti və xalçaçılıq məktəblərinin də məkanı olmuş, istehsal texnikası, üzərinə həkk olunmuş naxış, motiv və təsvirləri etibariylə zəngin arxeoloji materyallarıyla dolu muzeylər diyarı kimi bilinən bu bölgədə işğal dövrü sözün həqiqi mənasında mədəniyyət soyqırımı yaşanmışdır.
İşğal nəticəsində yurd-yuvasından didərgin düşən yüz minlərlə Azərbaycanlının əmlakı, mülkləri, yüzlərlə məktəb, kitabxana, mədəniyyət müəsəsələri talan edilməmiş, coğrafiyanın tarixi yaddaşını özündə ehtiva edən, orta əsrlərdəki Arazboyu Türk islam türbələrinin səciyyəvi xüsusiyyətlərini daşıyan Füzuli rayonundakı XIII əsrə aid olan Şeyx Babı türbəsi, eyni əsirlərə aid Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən “Başıkəsik Türbə”, Xubyarlı kəndindəki “Dairəvi Türbə” Qubadlı rayonunun Dəmirçilər kəndindəki qülləvari türbə, Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikilən səkkizguşəli piramidal günbəz, XIII əsrdə inşa edildiyi təxmin edilən eyni rayondakı Şərifan sərdabəsi, Əmirxanlı kəndindəki XII əsrin Qız Qalası, yenə Zəngilan şəhərindəki Səfəvilər dövrünə aid “İmam Hüseyin” məscidi, Qubadlı rayonunun Əliquluuşağı kəndindəki V əsr inşa edilmiş Göy Qala, XIX əsrin Laləzar və Hacı Bədəl körpüləri, Cəbrayıl rayonunun Çələbilər kəndindəki Hacı Qaraman Əhməd tərəfindən inşa etdirilərək sufi ocağı halına gətirilən XVI əsrin məscid-mədrəsə kompleksi, Şıxlar Türbəsi kimi çox sayıda vacib tarixi abidələr ya yerlə yeksan edilmiş, ya da ciddi zərər görmüşdür. Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhərində vaxtiylə tarixi memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən qorunan qala və istehkam divarları, Pənah Xanın iqamətgahı, Şahbulaq sarayı, Əsgəran qalası, böyük şair Vaqifin məqbərəsi, Xanqızı Natavanın ev muzeyi, Mir Möhsün Nəvvabın mülkü, Ü. Hacıbəyovun ev muzeyinin hazırkı vəziyyətini görmək Erməni işğalçılarının törətdiyi vandalizmin səviyyəsini təsəvvür etmək üçün yetərlidir. Sadəcə Şuşada 8 muzey, 31 kitabxana viran edilmişdir. Qarabağ və ətraf rayonlarda tarixi əhəmmiyət kəsb edən 62 məscid, rayonların ərazisindəki 26 tarix-diyarşünaslıq muzeylərindən on minlərlə qiymətli muzey əşyası və eksponatı talan edilərək Ermənistana, oradan da başqa ölkələrə aparılmış, 927 kitabxanadan 4.6 milyon kitab və əlyazma əsərin bir qismi yandırılmış bir qismi də Ermənistana daşınmışdır. Azərbaycan ordusu işğal altındakı torpaqları daha yeni azad etdiyindən Erməni işğalçılarının ölkənin milli mədəniyyətinə vurduğu ziyanın miqyası, nəticələrini hələ tam dəqiqliyiylə hesablamaq, təsəvvür etmək mümkün deyildir. Prezident İ. Əliyevin təlimatıyla beynəlxlaq ekspertlərin də cəlb edildiyi komisya işğaldan azad edilən bölgələrdə araşdırma və hesablama fəaliyyətlərinə davam edir. Qarabağ və ətraf rayonlarda baş verən bu vandalizm və talan siyasətindən sadəcə Türk İslam abidələri deyil, ilk insan məskənlərindən olan Tağlar və Azıx mağaraları, tunc dövrünə ait Ağdamdakı Çıraqtəpə yaşayış yeri, kurqanlar, müxtəlif Alban məbədləri da nəsibini almışdır. İşğal dövrü Ermənilərin Azərbaycanın memarlıq abidələriylə bağlı apardığı saxtalaşdırma və mənimsəmə siyasətinin başqa bir istiqaməti də Qafqaz Albanlarına aid olan xristiyan kilsələrini erməniləşdirmək olmuşdur ki, bu haqda əvvəlki yazılarımızdan birində ətraflı məlumat vermişdik. Saxtalaşdırma sadəcə qədim Alban kilisələriylə yekunlaşmamış, yenə Qarabağdakı bəzi qədim tikililərin üzərindəki Türk Müsəlman element və motivləri Erməni yazısı və xaçıyla dəyişdirilmişdir. Ermənistanın hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması və bu sərvətlərin qeyri-qanuni dövriyyəsiylə bağlı qəbul edilən beynəlxalq konvensiyaları kobud şəkildə pozduğu, dünyanın gözü önündə insanlıq mədəniyyətinin mühüm mərkəzlərindən biri olan Qarabağda Azərbaycan xalqının mədəni mirasına qarşı da müharibə apardığı açıqdır. Qarabağ azad edildikdən sonra respublikamızın prezidenti İlham Əliyev oradakı tarixi binaların,yaşayış yerlərinin bərpası üçün müxtəlif sənədlər imzalamışdır. Hal hazırda işğaldan azad edilmiş ərazilərimizdə mina təmizləmə və bərpa işləri davam etdirilir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Hüseynli Billurə İBT2103b

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki