Estoniya 2023-cü ildən Rusiya qazını almaqdan imtina edəcək.
Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.
Müvafiq qərarı hökumət rəsmisi bu gün açıqlayıb.
“İndi bu, (tədarük qadağası – red.) hüquqi qüvvəyə malik tədbir kimi təsbit edilib. Yanvarın 1-dən Estoniya Rusiya qazına qarşı milli sanksiya tətbiq edəcək”, – o deyib.
Nazir əlavə edib ki, məhdudiyyətlərin məqsədi Rusiyaya təzyiq göstərmək və Ukraynada hərbi əməliyyatları dayandırmaqdır. “Təbii qaz Rusiya üçün mühüm gəlir mənbəyidir və Avropa İttifaqına təsir rıçağı kimi istifadə olunur”, – nazir vurğulayıb.
Onun sözlərinə görə, qadağa ev təsərrüfatlarına təsir etməyəcək, lakin əməliyyat lisenziyası Estoniya qaz şirkətlərinə təzyiq göstərə bilər.


























