image-5backend

Goranboyda minik avtomobili traktorla toqquşub, ölən var

image-reklam_sirab_01

Goranboyda ölümlə nəticələnən yol qəzası olub,

Vətəninfo.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Qızılhacılı qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki