image-100backend

Goranboyda yol qəzası olub, 6 nəfər xəsarət alıb

image-reklam_sirab_01

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub, 6 nəfər xəsarət alıb.

Vətəninfo.az-ın məlumatına görə, rayon ərazisində iki avtomobil toqquşub.

Nəticədə 6 nəfər – 28 yaşlı Yasənov Anar Allahverdi oğlu, 8 yaşlı Əliyeva Qənifə Ramil qızı, 10 yaşlı Qurbanova Səlmi Qabil qızı, 28 yaşlı İsmayılov Orxan Ələmdar oğlu, 34 yaşlı Həsənova Ülviyyə Yasin qızı və daha bir gənc oğlan xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki