image-photo-2021-12-26-12-33-01backend

Hadrutdan sonra Şuşaya yol açıldı Vətən müharibəsinin 13-cü günü

image-reklam_sirab_01

Şuşaya daxil olmaq üçün Hadrut da işğaldan azad edilməlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən düzgün qurulmuş hərbi strateji plana uyğun olaraq, Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra Şuşaya doğru istiqamət götürməlidir. Hadrut əməliyyatının uğurlu keçməsi proseslərin sonrakı gedişatını da həll edəcəkdi.
Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin önəmli olduğunu açıqlayan Prezident İlham Əliyev bu qəsəbənin işğaldan azad edilməsini böyük əhəmiyyətə malik olan bir əməliyyat adlandırdı. Müharibədən sonra bu barədə danışan dövlət başçısı bildirib ki, Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi: “Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik. Şuşaya istiqamət götürmək üçün məhz Hadrutun azad edilməsi önəmli olub”.
Vətən müharibəsində dönüş yaradan Hadrut əməliyyatı düşmənin mövqelərini ciddi şəkildə sarsıtmaqla yanaşı, Azərbaycanın irəliyə doğru daha sürətlə getməsinə imkan yaratdı. Hadrut əməliyyatının dünyanın hərb elmində xüsusi yer tutacağını deyən Ali Baş Komandan İlham Əliyev Hadrutun azad edilməsini belə təsvir edir: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Ermənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar. Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra belə, ermənilər bu qəsəbənin hələ də onların nəzarəti altında olması ilə bağlı feyk məlumatlar paylaşırdılar. Ən qəribəsi isə həmin saxta məlumatların Ermənistan rəsmiləri tərəfindən təsdiqlənməsi idi.
Bu baxımdan Hadrut döyüşlərinin uğurla sona çatması qarşıya qoyulan ən böyük hədəflərdən idi. Nəhayət, müharibənin başlanıldığı ilk gündən heç bir uğursuz əməliyyat keçirməyən Azərbaycan Ordusu növbəti məqsədinə nail olur. Bir necə gün aparılan qanlı döyüşlərin sonu olaraq, oktyabrın 9-da Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçir.
Çoxdan gözlədiyimiz bu şad xəbəri Ali Baş Komandanımız həmin gün xalqa müraciətində açıqlayır: “Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir”.
Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “döyünən ürəyi” adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı.
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyuyan eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Niftiyeva Günel


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki