image-1eae8120-4573-318c-ba46-a16d82883fee_850-2backend

Hulusi Akar: “Türkiyə daim Azərbaycanın yanındadır”

image-reklam_sirab_01

“Türkiyə daim Azərbaycanın, Liviyanın yanındadır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə ordusunun terrorla mübarizəsi uğurla davam edir: “Dayanmaq yoxdur. Dənizdə, havada, quruda mübarizə davam edir”.

H.Akar Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə hörmət etdiyini söyləyib: “Bizim kiminsə torpağında gözümüz yoxdur”.

“Harada terroçu varsa, ora bizim hədəfimizdir. “Pənçə Kilid” əməliyyatı uğurla davam edir. Bütün mağaralar bir-bir təmizlənir. Biz çalışırıq ki, mülki əhaliyə, tarixi abidələrə zərər dəyməsin”, – milli müdafiə naziri vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki