image-20f493ba-fbb3-3211-a6be-117a6673a687_850-3backend

İlham Əliyev: “Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir”

image-reklam_sirab_01

Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir.

Bunu Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşündə deyib.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki