“Ermənilərin bir zamanlar işğal altında olmuş Azərbaycan ərazilərində törətdiyi bütün dağıntılara baxmayaraq, biz Ermənistana sülh təklif etdik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.
“Müharibə başa çatdıqdan sonra Ağdamda gördüklərinizə, bu ərazilərin tamamilə dağıdılmasına, xalqımızın əzab-əziyyət çəkməsinə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Biz sülh müqaviləsinin əsasını təşkil edəcək beynəlxalq hüququn beş əsas prinsipini təklif etmişik”, – dövlət başçısı bildirib.