image-bea2e34c-6655-36de-ba09-c2d8fb901f20_850backend

İran parlamentinin sədr müavini Azərbaycana gəlib

image-reklam_sirab_01

İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

Veteninfo-nun xəbərinə görə, səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.

İran parlamentinin sədr müavini Azərbaycana 2 günlük səfəri zamanı bir sıra ikitərəfli görüşlər də keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki