image-26511c1b-7b29-39de-bc60-2811c6c0bc23_850backend

İran XİN başçısı BƏƏ-də səfərdədir

image-reklam_sirab_01

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) səfərdədir.

Veteninfo xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, nazir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın dəfnində iştirak edəcək.

Qeyd edək ki, BƏƏ-nin yeni lideri Şeyx bin Zayed Yaxın Şərq üzrə anti-İran koalisiyasının arxitektoru sayılır. Bu birliyə İsrail və Səudiyyə Ərəbistanı da daxildir. Mərhum Prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın hakimiyyəti illərində də İranla BƏƏ arasında münasibət gərgin olub. İranın Yəməndə dəstəklədiyi husi qiyamçıları dəfələrlə ölkəni raket atəşinə tutublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki