image-reklam-veteninfo
image-img_9124backend

“Kənd təsərrüfatında yeni dövr: Prezident İlham Əliyevin strateji tapşırıqları”

image-reklam-veteninfo

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Bu müşavirə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahənin intensiv inkişafı və yeni dövlət proqramlarının icrası baxımından strateji əhəmiyyət kəsb edir.

Müşavirə çərçivəsində dövlət başçısı tərəfindən verilən mesajlar və qəbul edilən qərarlar, kənd təsərrüfatını iqtisadiyyatın aparıcı və müasir qüvvəsinə çevirmək əzmini nümayiş etdirir.

Müşavirənin Əsas Mesajları və Hədəflər

Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayaraq, bir sıra vacib məqamlara toxunub.

 Dövlət başçısı aqrar sahədə məhsuldarlığın artırılmasının əsas hədəf olduğunu bildirib. Məsələn, taxılçılıqda hər hektardan götürülən məhsuldarlığın 5 tona çatdırılması qarşıya konkret hədəf kimi qoyulub.

 Ölkə başçısı hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportunun olmasının vacibliyini qeyd edib. Bu, torpaqların daha səmərəli istifadəsinə və fermerlərin daha çox gəlir əldə etməsinə xidmət edən strateji bir addım kimi dəyərləndirib.

  Müşavirədə eyni zamanfa ət,süd və quş əti ilə bağlı 100 faizlik özünü təminetmə səviyyəsinə nail olmaq, ölkənin ərzaq müstəqilliyini möhkəmləndirəcək əsas vəzifələrdən biri kimi müəyyən edilib.

  Prezident iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini qeyd edərək, su anbarlarında toplanan suyun bu il kənd təsərrüfatı üçün yaradacağı imkanları vurğulayıb. Müasir suvarma sistemlərinin genişləndirilməsi (300 min hektara çatdırılması) məhsuldarlığın artırılmasında həlledici olacağını da deyən İlham Əliyev əlavə  respublikada qazlaşdırma prosesinə də toxunub.Dövlət başçısı ötən illər ərzində bölgələrdə qazlaşdırmanın 96%-ə çatdırılması, elektrik enerjisi, yol-nəqliyyat və su təchizatı infrastrukturunun qurulması aqrar sahənin inkişafına birbaşa zəmin yaratdığını da qeyd edib. Qeyd edək ki,

“2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti müşavirənin ən

mühüm nəticələrindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir. Bu proqram aşağıdakı istiqamətlərdə genişmiqyaslı dəyişiklikləri hədəfləyir ki,  kreditlər üzrə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin subsidiyalaşdırılması özəl sektorun aqrar sahəyə marağını daha da artıracaq.Bununla yanaşı sahə  üzrə hüquqi bazanın təkmilləşdirilməsi istehsal və emal proseslərini daha şəffaf və səmərəli etməklə yanaşı müəyyən ərazilərin buğda, pambıq və heyvandarlıq üçün xüsusi təsərrüfat zonaları kimi müəyyənləşdirilməsi istehsalın ixtisaslaşmasını və rəqabətədavamlılığını təmin edəcək.Son olaraq qeyd etməliyəm ki,

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə, Azərbaycanın aqrar siyasətində yeni bir keyfiyyət mərhələsinin başlanğıcıdır. İnfrastrukturun tam formalaşmasından sonra artıq diqqətin yüksək məhsuldarlıq, emal sənayesi və ixrac potensialının reallaşdırılmasına yönəldilməsi, ölkənin həm ərzaq təhlükəsizliyini təmin edəcək, həm də qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcəkdir.

Bu qərarlar, həm fermerlər, həm də aqrar sahibkarlıqla məşğul olan şirkətlər üçün növbəti beş ildə fəaliyyətlərini daha müasir, texnoloji və gəlirli istiqamətdə qurmaq üçün geniş imkanlar açır.

Nahid Canbaxışlı
Vətəninfo.az İnformasiya Agentliyinin

Baş redaktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki