image-2backend

Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi – FOTO

image-reklam_sirab_01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” Aleksandr Nevski ordenini təqdim edib.

Vətəninfo.az Oxu.az-a istinadla xəbər verir ki, təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb.

P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-24-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 2024-ci ilin sentyabr 1-dən Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə millət vəkili seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki