Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
Vətəninfo.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.
“Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq”, – o qeyd edib.