image-356195686_10158964167077691_6453701713947973821_nbackend

“Mən öz xalqımın pisinə də qarşı mübarizəni başqa dövlət və millətlərin əli ilə apara bilmərəm” Qaçaq Nəbi

image-reklam_sirab_01

Bir çoxları onun guya kürd olduğunu iddia edirlər. Nəbinin yaşadığı Mollu kəndinin sakinlərinin kürdlərlə heç bir bağlılığı yoxdur. Ermənilər də ruslar da Nəbinin də, Həcərin də türk olduğunu çox gözəl bilirlər. Çünki bizdən fərqli olaraq sənədlərdən çox yaxşı xəbərdardıqlar. Və o sənəd Kirovun təmtəraqla Kürdüstan qəzası adlandırdığı rayonlarımızda 1926-cı ildə aparılmış siyahıyaalmadır. Bəri başdan deyim ki, qəzanın 51 min sakinindən yalnız 3 mini kürd olub (kürd qardaşlarımıza qarşı heç bir ayrı-seçkilik etmədiyimizə bir Allah şahiddir). 34 min adamı dəf-dolaqla kürd elan ediblər, çünki kürdcə bir kəlmə də bilməyiblər, ana dilləri türkcə olub. 1926-cı ildə də Qubadlı camaatı eyni cür davranıb. Qəzanın Qubadlı dairəsinin 13 min 533 sakinindən 13 min 367-si milliyyətini türk olduğunu bəyan edib, dairədə 1 kürd və 1 rus yaşayıb, 162 də erməni olub.

Nəbinin atası Alı kişi düzgünlük sevən insan olub. Bir dəfə Alı kişi yerli bəylərdən biri ilə mübahisə edir: “Bəy ona deyir ki, eşşək nə qədər yeyirsə, yenə də dərisinə sığmır. Siz kasıblar da eşşək kimisiniz. Bu sözlər Alı kişinin xoşuna gəlmədəyindən bəylə mübahisə edir. Buna görə də onu döyür və təhqir edirlər. Bu təhqir Alı kişinin həyat yoldaşının gözləri qarşısında baş verib.

İrandan kəndə qayıdan 16 yaşlı Nəbi bunları eşitdikdə hirslənir və bəyi öldürür. Həmin gündən Nəbinin qaçaqçılıq həyatı başlayır. Lakin o, bir müddət təkbaşına fəaliyyət göstərir. Təkbaşına mübarizənin effekt verməyəcəyini başa düşən Nəbi ətrafına bir neçə igid toplayaraq dəstə qurur”.

Qaçaq Nəbi Türkiyə, İran, Gürcüstan ərazilərində xalq arasında çox böyük nüfuza malik idi. Bu səbəbdən həmin ölkələrə rahat gedib-gəlirdi: “Nəbi Güney Azərbaycanda haqqı tapdanan kasıblara, yoxsullara çox köməklik edib. Gürcüstana gedəndə zülmkarlar ondan çəkinirdilər. Gürcüstan, İran və Türkiyədə Nəbi haqda xeyli sənədlər, faktlar mövcuddur.
İranda da qaçaq dəstələrinə kömək edir, kazaklardan aldıqları silahları onlara paylayardılar.
Nəbinin İranda ailəsi vardı. Hətta qohumları hazırda orada yaşayırlar. Onlar üç-dörd dəfə Bakıya gəliblər

Nəbini xalq arasında məşhur edən bir olayı xüsusi vurğulamaq yerinə düşür: “Bir dəfə eşidir ki, hansısa bəyin oğlu kənddə kasıb ailədən olan qızın namusuna sataşıb. Nəbi dərhal kəndə gedərək həmin şəxsi öldürür. Bundan sonra hamı ona xalqın namusunun təəssübkeşi kimi baxır. Kim hansı haqsızlıqla üzləşsəydi, Nəbiyə müraciət edərdi”.
O hətta bir dəfə kasıb ailədən olan oğlana toy etmək üçün pul vermişdi. Nəbi heç kimi naümid qoymazdı: “Çox zəhmli kişi olub. O, ortaboylu, dolubədənli, sərt, eşməbığlı adam imiş. Arxiv sənədlərindən birində Soso Cuqaşvilinin Nəbinin ölümündən bir neçə il sonra Azərbaycandakı qaçaqlara bolşeviklərə qoşulmaları təklifi haqda faktlar var. Soso bununla bağlı təklifi bütün qaçaqlara edib. Nəbi yeganə qaçaqlardan olub ki, bolşevikləri yaxına buraxmayıb. Ona dəfələrlə təklif edilməsinə baxmayaraq mərd adam olan Nəbi deyirmiş “Mən öz xalqımın pisinə də qarşı mübarizəni başqa dövlət və millətlərin əli ilə apara bilmərəm”
Nəbi hər kəsi dəstəsinə götürməzdi. Burada ancaq inanılmış qaçaqlar toplaşmışdılar. Nəbi yalnız inandığı adamları dəstəsinə cəlb edirdi. Bir maraqlı faktı da qeyd edim ki, onun dəstəsinin üzvlərinin sayı az idi. Bununla bağlı rəqəmlər müxtəlifdir. Bəzi mənbələrdə dəstə üzvlərinin sayının 18-25 olduğu bildirilir. Lakin onlar yaxşı döyüşçülər idi. Həmin səbəbdən də nizami ordunun əsgərlərinə inadlı müqavimət göstərə bilirdilər”.
Dəstə üzvləri arasında Həcərlə yanaşı, bacısı Mehran xanım da olub: Mehran xanım bir müddət qaçaqlara qoşularaq döyüşüb. O, sərrast atmağı bacaran döyüşçülərdən imiş. Nəbi qətlə yetirildikdən, dəstə üzvləri dağılışdıqdan sonra Mehran xanım da sakitliyə çəkilib. Səhv etmirəmsə, onun indi Sumqayıtda qohumları yaşayır.
Qaçaq Nəbinin özünəməxsus ənənəsi vardı: O, əsgəri öldürmürdü. Çalışırdı ki, əsgər itkisi olmasın. İlk atəşi atın ayağı altına atırdı ki, heyvan hürküb yıxılsın. Bununla da əsgərə “səni öldürmək istəmirəm” xəbərdarlığını edirdi.

Bir dəfə əsgərlər Nəbini həbs etməyə gəlirlər. O bildirir ki, heç kimi öldürmək istəmir. Lakin kazaklar Nəbidən əl çəkmir. Belə olduqda xalq qəhrəmanı üstünə gələn əsgərlərdən birinin atına atəş açır. Kazak qorxub geri çəkilir. İkinci əsgər Nəbinin üstünə gələndə el qəhrəmanı onun da atına atəş açaraq heyvanı hürküdür. Kazaklar Nəbini həbs edə bilməyəcəklərini başa düşüb gedirlər.
Nəbi nadir hallarda adam öldürərdi: Bunlar kiminsə namusuna sataşan, kasıbın haqqını yeyən şəxslər olardı. O, bəyin, mülkədarın, yaxud onların övladlarının hansısa kənddə kasıbların namusuna sataşması barədə xəbər eşitdikdə həmin şəxsləri dərhal güllələdərdi, onlara aman verməzdi.

Bu səbəbdən də xalq onu sevirdi. Nəbinin dostları həddən artıq çox idi. Günlərlə onların evində qonaq qalardı. Qeyd edim ki, Qaçaq Nəbinin həyatı barəsində film çəkiləndə yaradıcı heyətin işinə maneçilik törətməyə başladılar. Moskvada, Mərkəzi Komitədə çalışan ermənilərdən biri hər vəchlə filmin çəkilməsinə, sonra isə ekranlara çıxmasının qarşısını almağa çalışırdı. Buna səbəb filmdə ermənilərin qorxaq, savadsız kütlə kimi təqdim edilmələri idi. Onlar “Atları yəhərləyin” filmindən Moskvaya şikayət məktubu göndərmişdilər.
Filmdə rejissorun çox gözəl bir oyunu vardı. Lakin maneçiliklərdən və təzyiqlərdən sonra “Atları yəhərləyin”dəki Arzumanyan obrazı, bəzi səhnələr filmdən çıxarılır. Lakin filmin Moskva tərəfindən təsdiqlənilməsi xeyli vaxt apardı. SSRİ Kinematoqrafiya Komitəsində Medvedev soyadlı bir baş redaktor hər vəchlə filmin ərsəyə gəlməsinə və ekranlara çıxamasına mane olurdu. Sən demə o sırf erməni mənşəli bir adam imiş. Film hazır olanda başda Medvedev olmaqla ermənilə öz mənfur sifətlərini biruzə verməyə başladılar. Qərbi Azərbyacanın Zəngəzur, Gorus zonalarında Stepan Yüzbaşı adlı içki düşkünü erməni olub, hansı ki, camaata qan uddurub. Hətta o ərazinin folklorunda belə bir deyim də yaranıb.
Hayın getdi, vayın qaldı Stepan
Rumkada payın qaldı Stepan.

Həmin epizodlara irad olaraq bildirdilər ki, guya azərbaycanlılar erməni xalqını alçaldıb, erməni xalqının düşmənini milli qəhrəman ediblər. Məhz onlarla bağlı olan kadrlar filmdən çıxarıldı”
Filmdə Nəbi ilə Həcərin toyuna heç kimin gəlməməsini əks etdirən epizod saxtadır. Onların toyunda xeyli qonaq iştirak edib. Nəbinin Həcərə can borcu vardı. Çünki döyüşlərdən birində qadın onun həyatını ölümdən xilas etmişdi. Bundan sonra onların aralarında sevgi münasibətləri yaranıb və bu, evliliklə nəticələnib.
Nəbinin mübarizəsinə Səlim bəy son qoyub: Səlim bəy özü də pis adam olmayıb. Lakin bu rəisin Nəbi ilə münasibətləri düşmənçilik prinsiplərinə əsaslanırmış. O, Nəbini özü öldürə bilmədiyindən dəstənin bəzi üzvlərini müxtəlif vasitələrlə öz tərəfinə çəkərək Nəbinin yaxın adamlarını ələ alıb. Onlardan biri Səlim bəy tərəfindən toxunulmazlıq vədi aldıqdan sonra silahı yerə qoyub. Ələ alınan başqa bir qaçaq Nəbinin qardaşı Mehdini ələ verib. Nəbi hara gedirdisə, qaçaqlardan biri onun yeri haqda Səlim bəyin adamlarına məlumat ötürürdü. Bəzi silahdaşları isə ailə üzvlərinin hədələnməsi səbəbindən Nəbidən uzaqlaşıblar. Beləcə, Nəbinin ətrafındakı insanlar ondan ayrılıblar.

Qaçaq Nəbinin əsas düşməni isə Arzumanyan adlı erməni olub. Arzumanyan qubernatorun yaxın adamlarından idi. El qəhrəmanı ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik aparmalarından xəbərdar idi. O, həyatında heç vaxt hər hansı erməninin evində qonaq olmayıb, onlarla çörək kəsməyib.

Onun ölümü ilə bağlı müxtəlif versiyalar mövcuddur: “Bir versiyaya görə, Nəbi qardaşını dəfn etdikdən sonra ətrafındakı şəxslərdən biri onun yeri haqda Səlim bəyə xəbər verib. Buna görə də kazak dəstəsi kəndə gəlir. Atışma zamanı Nəbi öldürülür.
Digər versiyaya görə, Nəbini yaxın adamlarından biri yatdığı yerdə qətlə yetirib. El qəhrəmanını öldürmüş şəxs külli miqdarda pul mükafatı alıb. Həmin şəxsin adı mənbələrdə Allahverdi kimi qeyd olunur. Lakin bu da dəqiq ad deyil. Bəlkə də, uydurma addır.

Başqa bir versiyaya görə 1896-cı ilin mart ayında Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasındakı Larni kəndində rus casusları tərəfindən hazırlanmış pusquya düşərək öldürülür.
Qaçaq Nəbinin ailə üzvləri bunlardır:
Atası – Alı kişi
Anası –Mehri
Qardaşları – Mehdi, Məcid
Həyat yoldaşı – Həcər
Uşaqları – Xəlil, Əhməd ,Zeynəb, Məhəmməd(Oğlu Nəcəf)(Nəcəfin Oğlu Zülfəli)(Zülfəlinin Oğlu Lətif)

Məhəmmədi, Nəbi qaçaq hərəkatını davam etdirmək və təhlükəsizlik üçün Cənubi Azərbaycanda Urmu-Xoy-Makı gayonlarına göndəribdir
Nəbi öldürülsə də, Həcər bir müddət dəstəyə başçılıq edib. Lakin sonralar o da silahı yerə qoyub. Həcərin sonralar xalçaçılıqla məşğul olması haqda məlumatlar var.
Həcər 1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi. Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilmişdir. Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə getmişdir. Həcər Həmzə ilə Molluda çox yaşayır. Həcərin Nəbidən övladı olmayıb. Həmzədən isə onun bir qızı olmuşdur. Həcərin Nəbinin öldürülməsindən sonra guya erməniyə ərə getməsi haqda xəbəri ilk dəfə Rusiya mətbuatı yayıb: Bu, ötən əsrin 70-ci illərinə təsadüf edir. Daha sonra gürcü mətbuatı Nəbiyə qarşı əks-təbliğata başladı. Təəssüf ki, sonralar bizim bəzi tədqiqatçılar da rus, gürcü mətbuatında Nəbi və Həcər haqqında dərc olunmuş böhtanları yayımlamağa başladılar. Həcərə qarşı çirkin təbliğat qəhrəman qadın obrazlarının məhvinə, yaddaşlardan silinməsinə hesablanıb.Həcər barəsində böhtanları çap edən bəzi tədqiqatçılarımız özləri də bilmədən bununla saxta erməni təbliğatına yardım edirlər: Nəbinin həyatı və mübarizəsi barədə tədqiqat aparmış, qəhrəmanımızın müasiri olmuş, onu yaxından tanımış Bəhlul Becət 70-ə yaxın arxiv sənədindən istifadə edərək apardığı araşdırmaları ilə qeyd edir ki, Həcər yalnız qonşusu Həmzə ilə ailə qurub. Həmzə həmin vaxtlar həyat yoldaşı ölmüş dul kişi idi. Bəzi mənbələr isə Həcərin ailə qurmadığını yazırlar.

Qaçaq Nəbinin isə Cənubi Azərbaycanda olanda bir qızı dünyaya gəlib. Lakinburda çox yaşa bilməyən Nəbi Qubadlıya dönür. Onun qızının övladları hazırda Cənubi Azərbaycanda yaşayır. Bakıda bir neçə dəfə qohumları gildə olublar.
Bu qızdan olan Əli adı nəvəsi II dünya müharibəsində döyüşmüş, orden və medallar almışdır. Nəvəsi, 2-ci dünya müharibəsinin veteranı, əlili olan, orden-medallı Əliş kişi doğma kəndini, yurd-yuvasını tərk eləmir, tüfəngini götürüb öz məhləsindəcə erməniləri gözləyir, öldürür də, özü də şəhid olur – 93-ün 30 avqustunda.

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki