image-img-20240517-wa0034backend

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament görüşünün təşkilinə dair Anlaşma Memorandumu imzalanıb

image-reklam_sirab_01

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Parlament görüşünün təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Milli Məclisin sədri imzalanan sənədin əhəmiyyətini qeyd edərək deyib ki, Parlament görüşü COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Onun sözlərinə görə, bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan verəcək. Spiker, Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə səyləri ilə görüşün yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın COP29 kimi mötəbər tədbirə evsahibliyi etməkdən qürur duyduğunu söyləyən spiker Sahibə Qafarova qeyd edib ki, bu, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.
Martin Çunqonq Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq, verdiyi dəstəyə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib. O, bu sənədin Milli Məclis ilə aparılan danışıqlar nəticəsində ərsəyə gəldiyini bildirərək, Parlament görüşünün parlament diplomatiyası və qlobal çağırışlara qarşı birgə mübarizə baxımından da tarixi bir hadisə olacağını söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image