İşğaldan azad olunan ərazilərdə bu günədək ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən 14 365 hektardan artıq ərazi tam təmizlənib.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, indiyədək 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9231 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.