image-985a7847-4dd5-3024-84c0-9c7e3c8827ee_850backend

Naxçıvanda bir qrup hərbi qulluqçuya icbari şəxsi sığorta ödənişləri verilib

image-reklam_sirab_01

Avqustda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan 7 hərbi qulluqçuya ödənişlər həyata keçirilib.

Bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fonduna xəbər verir.

Məlumata görə, bunlardan 3-ü vəfat etdiyinə görə onların vərəsələrinə, 3-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib.

Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün, ümumilikdə, 44 min 550 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.

Hərbi qulluqçulardan ikisi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki