image-2bfb9974-ecbc-3b4e-8780-16525099f1b7_850backend

Naxçıvanda fəaliyyət göstərən bankların sayı açıqlanıb

image-reklam_sirab_01

1 avqust 2022-ci il tarixə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 23 bank strukturu mövcud olub ki, bunun da 20-si bank və bank filialları, 2-si bank olmayan kredit təşkilatı, 1-i isə kredit ittifaqıdır.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

2022-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 165 milyon 65 min 500 manat məbləğində kreditlər verilib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 5,4 dəfə çoxdur.

Cari ilin 7 ayında verilmiş kreditlərin 13 milyon 650 min 100 manatı və yaxud 8,3 faizi qısamüddətli, 151 milyon 415 min 400 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olub.

Cari ilin ötən dövründə ümumi kreditlərin 28 milyon 64 min 600 manatı sahibkarlıq subyektlərinə verilib ki, bunun da 11 milyon 84 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 980 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 213 846-ya çatıb ki, bunun da 206 144-ü və ya 96,4 faizi aktiv hesablardır. 1 avqust 2018-ci il tarixə isə açılmış bank hesablarının sayı 75 401, aktiv hesabların sayı isə 66338 vahid təşkil edib.

Muxtar respublikada quraşdırılmış pos-terminalların sayı 1 598-dir, bu da 1 avqust 2018-ci il tarixə olan göstəricidən 329 vahid çoxdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki