image-2dcfdbdd-374b-3c19-9002-99dcdc21a1a8_850backend

Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4 faiz artıb

image-reklam_sirab_01

Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4 faiz artıb.

Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 279 milyon 683 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 15 257 ton, süd istehsalı 63 370 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 7,9 faiz, süd istehsalı isə 1,5 faiz artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki