image-6f42f783-ecc0-339c-976d-ebb509783ad7_850backend

Naxçıvanda taxıl sahəsi 745 hektar artıb, yığım başa çatıb

image-reklam_sirab_01

Naxçıvanda taxıl yığımı başa çatıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 259 hektar sahədə əkin aparılıb ki, bunun da 33 466 hektarını və ya 52,1 faizini taxıl sahəsi təşkil edib. 2021-ci illə müqayisədə taxıl əkini sahəsi 745 hektar artıb.

Taxıl əkini sahəsinin 21 378 hektarında buğda, 12 088 hektarında isə arpa əkilib. Sahələrin 4038 hektarı, yaxud 12,1 faizi Şərur, 1 1094 hektarı, yaxud 33,1 faizi Babək, 1 607 hektarı, və ya 4,8 faizi Ordubad, 5 711 hektarı (17,1 %) Culfa, 6 056 hektarı, yaxud 18,1 faizi Kəngərli, 1 527 hektarı və ya 4,6 faizi Şahbuz, 2 441 hektarı və yaxud 7,3 faizi Sədərək rayonlarının, 992 hektarı, yaxud 2,9 faizi isə Naxçıvan şəhərinin payına düşüb.

Cari ildə taxıl sahələrindən 107 418 ton məhsul tədarük olunub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 4 046 ton və ya 3,9 faiz çoxdur. Yığılan məhsulun 69 945 tonu buğda, 37 473 tonu isə arpadır.

Məhsuldarlıq orta hesabla hər hektardan 32,1 sentner olub ki, bu da ötən illə müqayisədə 1,6 faiz çoxdur. Əldə olunan məhsulun 16 484 tonu və ya 15,3 faizi Şərur, 35 308 tonu və ya 33 faizi Babək, 4 663 tonu və ya 4,3 faizi Ordubad, 17 007 tonu və ya 15,8 faizi Culfa, 18 064 tonu və ya 16,8 faizi Kəngərli, 4 081 tonu və ya 3,8 faizi Şahbuz, 8 941 tonu və ya 8,3 faizi Sədərək rayonlarının, 2 870 tonu və ya 2,7 faizi isə Naxçıvan şəhərinin payına düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki