image-img-20220727-wa0043backend

Onlar qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər

image-reklam_sirab_01

Onlar qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər

 

 

Türk xalqı hər zaman döyüşkənliyi, cəsarəti ilə fərqlənmişdir. Mete xaqandan, Atilladan Mübarizə, Polada kimi. Azərbaycan türkü olaraq biz əsrlərlə ermənilərin təcavüzünə məruz qalmışıq. Doğma yurd-yuvamızdan didərgin düşmüşük. Fəqət bu uzaqlıq, bu həsrət heç vaxt inamımızı, ümidimizi söndürməmiş, daima “o günün” gələcəyi zamanı gözləmişik.

XX əsrin sonlarında, bir zamanlar ermənilərin yaşaması üçün köçürüldükləri əzəli Azərbaycan torpağı olan Qarabağa sahib olmaq üçün bu mənfurlar, soyqırımlar törədərək, minlərlə dinc əhalini qətlə yetirdilər.. Minlərlə, milyonlarla həmvətənlimiz doğma yuvasından ayrı düşdü, minlərlə gəncimiz, əsgərimiz əbədiyyətə uğurlandı. Neçə-neçə anannın, atanın, qız-gəlinin, uşağın gözü yaşlı qaldı. Neçə igidin arzuları, istəkləri onlarla birgə göyə ucaldı. Ancaq bu gedişin dönüşü də olacaqdı…

Vətən nə vaxt çağırır çağırsın, qurd ürəkli övladları ona daima “can” deyəcək. Ölüm ayağında olsa belə, yeməyə bir tikə çörəyi olmasa, əlsiz-qolsuz olsa, bir addım ata bilməsə, əlinə silah alacaq gücü olmasa belə, hay verəcək. Qalxacaq o məhkum olunduğu yataqdan, dondurucu havada üzərində əyləşdiyi soyuq səkidən. Gedəcək. Qoluna taxılı iynələr də, üst-başının pis gündə olması da onu saxlaya bilməyəcək. Vətən çağırır axı! Vətən! Anamız! Bizə əbədi yuva olan torpaqlarımız.

Bütün dünya dağılsın, Vətənimizə zərrə qədər ziyan dəyəcəksə, onu bir azca da olsun incidəcəklərsə. Biz heç onu tək qoyarıqmı?! Biz heç onu tək qoyduqmu?! Əlbəttə, yox! Heç vaxt! Nə keçmişdə, nə indi, nə də gələcəkdə! Qalxdıq ayağa. Kəsdik Vətənimizin hər qarış torpağına uzanan o mənfur əlləri. Çox canlar verdik. Gənc, yaşlı, kəndli, şəhərli, təhsilli, təhsilsiz, yəhudi, rus, talış, tat . . . Hər birimiz qalxdıq ayağa. Getdik o müqəddəs Ananın yanına. Hamımız bir ağızdan “can” dedik ona. Bu günə qədər yedirib-içirdiyi balalarından kömək istədi Vətən! Heç biz onu köməksiz qoyardıqmı?! Belə bir şey mümkündürmü?! Silahlandıq, hamımız, hər nəfərimiz! Ancaq bizi gördükdə qaçmağa siçan deşiyi axtaran, başqalarının yardımı olmadan bir addım atacaq səriştəsi olmayan miskin düşmənə qalib gəlmək üçün bu qədər vətən övladı həddən artıq çox idi. Onları məhv etmək üçün bizim yalnız kiçik bir hissəmiz yetərdi.

Torpaqlarinin 20 faizini itirməklə nəticələnən birinci Qarabağ müharibəsində bu millətin düşməninin nə qədər qəddar, vəhşi, qana susamış insanlar olduğu dəfələrlə sübut edilmişdir. Lakin bəzi təşkilatların qətnamələr, qanunlar qəbul etməsinə baxmayaraq, bu günə qədər bu məsələyə kəskin münasibət bildirilməmişdir. Hələ keçən əsirdən başlayaraq Ermənistanın Dağlıq Qarabağa ərazi iddiası qaldırması və onlara hər dəfə layiqli cavabın verilməsi təəssüflər olsun ki, gələcəkdə olan müharibələrin qarşısını ala bilmədi və bunun nəticəsidir ki, minlərlə insan öz doğma yerlərindən didərgin oldular, vətənləri uğrunda canlarından keçib bu dünyada sağalmaz iz buraxdılar, bəziləri isə əsir və itkin düşdülər. Sonra isə hakimiyyətin dəyişməsi-Heydər Əliyevin prezident olması hakimiyyətə savadlı kadrların gətirilməsi, ordunu yenidən qurması və bu kimi hadisələrin yenidən baş verməməsi üçün lazimi addımlar atmışdır. Azərbaycanın cəsur oğulları düşmənin bu yurddan daha bir qarış torpaq almaması üçün mərdliklə bu vaxtlara qədər vuruşmuşdurlar.Nəhayət, 1994-cü ildə mayın 8-də Bişkek protokolu imzalandı.Protokolda hərbi əməliyyatların müvəqqəti olaraq dayandırılması nəzərdə tutulurdu.Lakin ermənilər qanunlara məhəl qoymayıb atəşkəsi dəfələrlə pozmuşdular, əsasən də mülki əhalimizi atəşə tutmuşdular. Biz sülh tərafdarıyıq, Ali Baş Komandan hər iki xalqın zərər görməməsi üçün bu günə qədər əlindən gələni etnişdir, lakin Ermənistan bu məsələdə maraqlı deyidi və öz bildiyi , sonunun hara getdiyi məlumun olmayan yolda iləriləyirdi. 2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin təxribat törətdiklərinə görə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı və Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının işğal altında olan bəzi əraziləri azad olundu. Atəşkəs haqqında imzalanan sazişdən bəri ən şiddətli döyüş idi. 5 apreldə hər iki tərəfin razılığı ilə yenidən atəşkəs elan olundu. ’’Aprel döyüşləri’’ adadlanan bu döyüşdə azərbaycanlılarda və orduda əvəzolunmaz ruh yüksəkliyi baş verdi və xalqın prezidentə , orduya olan inamı daha da artdı. Artıq bu inam sarsılmaz qüvvəyə çevrildi. Azad olunan yerlər yenidən canlandırıldı , evlər , məktəblər , abidələr tikildi, hər yer abadlaşdırıldı. İnsanlarda işğal altında olan digər torpaqların da işğaldan azad olunmasına inam artdı. Təsadüfi deyil ki, artıq biz ürəklərə sığmayan, coşub daşan , insanlara qürur hissi keçirdən o anı yaşayırıq.

2020-ci ildə iyul ayında hələ gözü qandan , torpaqdan doymayan mənfur düşmən yeni ərazilər ələ keçirmək kimi fikirlərlə şüursuz atdıqları addımda Azərbaycan Ordusu tərəfindən hücumun qarşısı alındı.

Növbəti məğlubiyyətlə kifayətlənməyən azğın, qaniçən düşmən həmin ilin 27 sentyabrında yenidən hücuma keçdi. Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqəlirini intensiv atəşə tutmuşdur və müzəffər Azərbaycan Ordusu qızıl hərflərlə tarix – Qarabağın yeni tarixini yazmağa başladı. Müqəddəs ordunun məğlubolunmazlığını, dözmünü görən sarsılan Ermənistan Baş Naziri neçə illərdir bu hadisələrə , qətliyamlara soyqırımına göz yuman bəzi güclü dövlətlərə və təşkilatlara üzünü tutdu. Heç birindən istədiyi cavabı ala bilməyən Baş Nazir bu dəfə həmin dövlətlərə zəng vurmağa başladı. Yenə də istədiyinə nail ola bimədi.

 

 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Natiq Babayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki