Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gəlib.
Vətəninfo.az xəbər verir ki, İngiltərə “Atlanta Stadium”da son çempion Argentina ilə qarşılaşıb. Görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Skaloninin komandası əvvəlcə hesabda geri düşsə də, daha sonra 2 qol vuraraq qalib gəlib və finala yüksəlib.
Beləliklə, DÇ-2026-nın finalında Argentina İspaniya ilə üz-üzə gələcək.
3-cü yer uğrunda görüşdə isə Fransa İngiltərə ilə qaşılaşacaq.
Qeyd edək ki, həlledici oyun iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
DÇ-2026, yarımfinal
15 iyul
23:00. İngiltərə – Argentina – 1:2
Qollar: Entoni Qordon, 55 (1:0), Enzo Fernandeş, 85 (1:1), Lautaro Martinez, 90+2 (1:2)
14 iyul
Fransa – İspaniya – 0:2


























