Türkiyənin “Fənərbağça” klubu ingiltərəli hücumçu Mason Qrinvudun transferi üçün Fransanın “Marsel” klubu ilə razılığa gəlib.
Vətəninfo.az xəbər verir ki, İstanbul təmsilçisi transfer üçün 40 milyon avro təzminat və əlavə 2 milyon avro bonus ödəyəcək. “Marsel” bu təklifi qəbul edib və futbolçuya tibbi müayinədən keçərək rəsmi müqavilə imzalaması üçün icazə verilib.
Bildirilib ki, Mason Qrinvud “Fənərbağça” ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli müqavilə bağlayacaq.
Müqavilənin şərtlərinə əsasən, ingiltərəli futbolçu İstanbul klubunda mövsüm ərzində 10 milyon avro xalis əməkhaqqı qazanacaq.
Transferin yaxın günlərdə tibbi müayinənin tamamlanmasından sonra rəsmən açıqlanacağı gözlənilir.


























