İran İordaniyadakı ABŞ-ın Əl-Əzraq hərbi bazasına pilotsuz təyyarə ilə hücum edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin açıqlamasında deyilir.
İran tərəfinin məlumatına görə, bir neçə saat əvvəl hücum dronları İordaniyadakı Əl-Əzraq bazasında Amerikanın F-18 qırıcı təyyarələrinin yerləşdiyi yerlərə, yaşayış binalarına və avadanlıq anbarlarına hücum edib.
Tehran hücumların ABŞ hərbi qüvvələrinin hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Daha əvvəl dövlət televiziyası IRIB İranın Küveytdəki ABŞ hərbi obyektlərinə pilotsuz təyyarələrinin hücumları barədə məlumat vermişdi.


























