image-img-20231205-wa0067backend

Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərinə səfər edib

image-reklam_sirab_01

Dekabrın 5-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli şəhərində olub.

Səfər çərçivəsində qonaqlara torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı barədə məlumat verilib. Nümayəndə heyəti Füzuli rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlər zamanı həlak olan ilk şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Füzuli şəhərinin ermənilər tərəfindən viranə qoyulmuş yaşayış məntəqələri ilə tanış olan qonaqlara, işğaldan sonra Azərbaycan hökuməti tərəfindən Füzuli rayonunda aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə geniş məlumat verilib.
Daha sonra qonaqlar Özbəkistan hökuməti tərəfindən inşa edilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbə gələrək, məktəbdə müəllim və şagird kollektivi üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanında da olublar. İnzibati bina ilə tanışlıqdan sonra, qonaqlara hava limanının texniki parametrləri barədə məlumat verilib.

image-img-20231205-wa0074 image-img-20231205-wa0072 image-img-20231205-wa0073 image-img-20231205-wa0070 image-img-20231205-wa0071 image-img-20231205-wa0069 image-img-20231205-wa0068 image-img-20231205-wa0067


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki